Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

28 May – Respublika günü Daşkəsən rayonunda silsilə tədbirlərlə qeyd edilmişdir

25 may 2018 | 16:00

Daşkəsən rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü silsilə tədbirlərlə geniş qeyd olunmuşdur. Tədbirlər planına uyğun olaraq ümumtəhsil məktəblərində, idarə və müəssisələrdə dəyirmi masalar, diskusiyalar, inşa yazı müsabiqələri və müxtəlif idman yarışları keçirilmişdir.
Yekun olaraq rayon mədəniyyət mərkəzində geniş tərkibdə bayram tədbiri qeyd olundu. Əvvəlcə tədbir iştirakçıları rayon mərkəzində  ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdilər.
Bayram tədbiri açıq elan olunduqdan sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev 28 May – Respublika günü münasibətilə xalqımızı və rayon ictimaiyyətini təbrik edərək hər bir Azərbaycan vətəndaşına can sağlığı, ailə xoşbəxtliyi, uzun ömür və firavanlıq, ölkəmizə sülh, əmin-amanlq, iqtisadi tərəqqi arzulamışdır. Sonra o, çıxışına əbədiyaşar ulu öndərimiz Heydər Əliyevin bu sözləri ilə başlamışdır : “Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bugününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
Düz 100 il əvvəl may ayının 28-də xalqımızın vətənpərvər qüvvələrinin səyi ilə Dövlət müstəqilliyinin rəmzi olan 3 rəngli bayrağımız qaldırıldı. Bununla da, Azərbaycanın müstəqilliyi bütün dünyaya bəyan edildi. Azərbaycan Xalq Cumhuriyyəti şərqdə ilk demokratik müstəqil dövlət kimi tanındı. Bu gün də xalqımız özünün istiqlal bayramının parlaq səhfəsi olan Azərbaycan Demokratik Respublikasının yaranması gününü böyük qürur hissi və təntənə ilə qeyd edir.
23 aylıq ömür yaşamış Azərbaycan Xalq Cümhuriyyəti regionda geosiyasi vəziyyətin dəyişməsi ilə süqut etmişdir. Qısa müddət ərzində mövcud olmasına baxmayaraq, əsas dövlət insitututları məhz həmin dövrdə yaranmışdır. Bu günkü Azərbaycan dövlətçiliyinin kökləri müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır.
Xalqımızın qanlı-qadalı tarixindən məlumdur ki, 1918-1920-ci illər Azərbaycan tarixinin ən şərəfli, lakin keçməkeşli və ziddiyyətli dövrünü əhatə edir. Bir çox xüsusiyyətlərinə görə uzun müddət üzərindən sükutla keçilən və mənəvi repressiyalara məruz qalan bu iki il Azərbaycan xalqının təkcə şərəfini və vicdanını deyil, eyni zamanda onun milli mövcudluğunu da zamanın imtahanına çəkmişdir. Lakin Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması, onun daxili və xarici siyasəti, millətin müqəddəratındakı rolu ilə bağlı məsələlər Sovet tarixşünaslığında öyrənilməmiş qalmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti, bu dövrün Azərbaycan xalqının tarixində ən şərəfli anlar olması barədə məlumat verən Əhəd Abıyev  sonra bildirdi ki, Sovet İttifaqının dağılması ilə Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa etmək və dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət qazandı. Həmin vaxtlar çoxları qonşu Ermənistanın hərbi təcavüzünə məruz qalmış, ağır iqtisadi böhran və daxili qeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın bu mürəkkəb vəziyyətdən çıxacağına və uğur qazanacağına inanmırdı. Məhz, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin Prezident seçilməsindən sonra ölkənin davamlı inkişafı üçün ilkin şərt olan Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi istiqamətində uğurlu strategiyanın həyata keçirilməsinə başlanıldı.
Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlmiş strategiyası onun layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu gün ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarını, onun qurub-yaratdıqlarını dönmədən inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz müdrik və məqsədyönlü fəaliyyəti ilə müstəqilliyimizi daha da möhkəmləndirir. Azərbaycanın beynəlxalq nüfuzunun artırılması, ictimai-siyasi sabitliyin təmin olunması, iqtisadiyyatın gücləndirilməsi istiqamətində atılan addımlar, əhalinin rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğı Heydər Əliyev ənənələrinə sadiqliyin əyani təzahürüdür.
Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünü qeyd edən bu günkü müasir Azərbaycan, sözün əsl mənasında, ümummilli lider Heydər Əliyevin Şah əsəridir. Ulu öndərimizin siyasətinin layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu gün müstəqil Azərbaycanı inamla və uğurla xoşbəxt gələcəyə aparır, həyata keçirilən mühüm siyasi xətt bütün konturları ilə Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin günbəgün qüdrətlənməsinə xidmət edir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışına davam edərək bildirmişdir ki, bir vaxtlar daxili və xarici düşmənlərin əhatəsində ölüm, ya qalım anlarını yaşayan Azərbaycan Respublikası indi Cənubi Qafqazda ən qüdrətli ölkəyə çevrilibdir. Cənubi Qafqaz iqtisadiyyatının 85 faizi Azərbaycan Respublikasının payına düşür. Bütün beynəlxalq nüfuzlu təşkilatların bərabərhüquqlu üzvüdür. Azərbaycanın adı inkişaf etmiş ölkələr sırasında çəkilir. Beynəlxalq tədbirlər və idman yarışları bizim ölkəmizdə keçirilir.
Bu gün möhtərəm cənab Prezidentimiz İlham Əliyev tərəfindən beynəlxalq əhəmiyyətli enerji və dəmir yol layihələrinin layiqincə həyata keçirilməsi sayəsində ölkəmiz qitələri bir-birinə qovuşdurur.
İcra Hakimiyyətinin Başçısı çıxışına davam edərək demişdir : - 28 May – Respublika günü hər bir soydaşımız üçün milli və iftixar günü əziz bir bayramdır.
Qətiyyətlə deyə bilərəm ki, xalqımızın müqqədəs arzuları bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə inamla həyata keçirilməkdədir.
Mühüm geostrateji mövqe və kabrohidrogen ehtiyatlarla zənginlik kimi vacib üstünlüklərə sahib olan Azərbaycanın bu imkanlardan dövlətçilik maraqlarının təmin olunması prizmasından bəhrələnməsi günümüzün reallığıdır. Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycan artıq regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə və strateji tərəfdaş kimi tanınır. Bütün bunlar əminliklə söyləməyə əsas verir ki, müstəqilliyimiz əbədi və sarsılmazdır.Müstəqil Azərbaycan Respublikasını xoş gələcək gözləyir.

Sahib Əhmədov

Respublika Jurnalistlər Birliyinin üzvü

Keçidlər