Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 95-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ RAYON BİRİNCİLİYİNƏ YEKUN VURULUB

15 may 2018 | 16:00

Daşkəsən Rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəbliləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş voleybol, şahmat, stolüstü tennis və Yunan-Roma güləşi idman növləri üzrə rayon birincilikləri keçirilib.
Yarışların keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin 95 illiyini qeyd etmək, müvafiq idman növlərinin təbliğinə və inkişafına  nail olmaq, rayon idmançılarının Respublika birinciliklərinə hazırlığını daha da yüksəltmək, o cümlədən də idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək olmuşdur.
Şahmat üzrə yarışlar 23-28 aprel tarixlərdə Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində keçirilmişdir. Yarışda 24 nəfər iştirak etmiş, qaliblər müəyyənləşdirilmişdir.
Stolüstü tennis üzrə yarışlar 27-29 aprel tarixlərdə Daşkəsən rayon Uşaq Gənclər İdman Məktəbinin idman zalında keçirilmişdir. Yarışda 32 nəfər iştirak etmişdir. Gərgin keçən mübarizədən sonra Daşkəsən şəhərə İ.Nəsimi adına 1 saylı tam orta məktəbin şagirdi Əlizadə Elariz Hafiz oğlu birinci yerə, A.Mürsəlov adına 2 saylı tam orta məktəbin şagirdləri Məmmədov Fuad İnqlab oğlu ikinci yerə, Qurbanov  Elvin Həmid oğlu isə üçüncü yerə layiq görülmüşdür.
Yunan-Roma güləşi üzrə yarışlar 1-2 may tarixlərdə Daşkəsən rayon Uşaq Gənclər İdman Məktəbinin idman zalında keçirilmişdir. Yarışda ümumilikdə 12 çəki dərəcəsi üzər 67 nəfər iştirak etmişdir. Muxtəlif çəki üzrə qaliblər müəyyən edilmişdir.
Voleybol  üzrə yarışlar 7-09 may tarixlərdə Daşkəsən şəhər S.Vurğun adına 4 nömrəli tam orta məktəbin idman zalında keçirilmişdir. Yarışda ümumtəhsil məktəblərindən 10 komanda olmaqla 109 nəfər iştirak etmişdir. Ümumtəhsil məktəblərinin komandaları arasında Daşkəsən şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəbin komandası birinci, S.Vurğun adına 4 saylı tam orta məktəbin komandası ikinci, Quşçu kənd Ə.İsmayılov adına tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülmüşdür.
QALİBLƏRİN MÜKAFATLANDIRMA MƏRASİMİ KEÇİRİLİB
Mayın 15-də isə Daşkəsən Rayon Heydər Əliyev Mərkəzində yarış qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin əməkdaşları, həmçinin rayonun veteran idmançıları, məşqçilər, müəllimlər, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Birinciliyin  mükafatlandırma  mərasimində  çıxış  edən  Daşkəsən  rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov deyib ki, ulu öndər Heydər  Əliyev  Azərbaycana  rəhbərlik  etdiyi  uzun  illər  ərzində  bədən  tərbiyəsi və idmana xüsusi qayğını öz üzərinə götürdüyünü bütün ölkəyə bəyan etməklə təkcə həyatın bu mühüm tərkib hissəsinə necə böyük əhəmiyyət verdiyini bir daha diqqətə çatdırmadı, həm də bütün idman ictimaiyyətimizi ruhlandırdı, hamını problemlərin aradan qaldırılmasına, qarşıda duran mühüm vəzifələrin yerinə yetirilməsinə və beləliklə də, respublikamızın dünyanın idman mərkəzlərindən birinə çevrilməsi işinə səfərbər etmiş oldu. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi – möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, M\mötəbər beynəlxalq yarışlar ölkəmizdə keçirilir.   
Çıxışının sonunda S.Həsənov yaradılan hər cür şəraitə görə ilk öncə ölkə Başçısı cənab İlham Əliyevə rayonun bütün idman ictimaiyyəti adından minnətdarlıq edib. Eyni zamanda da yarışların yüksək səviyyədə təşkilində göstərdiyi qayğıya, verdiyi dəstəyə görə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevə təşəkkürünü ifadə edərək rayonun idman şərəfini bundan sonra da layiqincə qoruyacaqlarına bütün rayon idmançıları adından bir daha əminlik bildirib.
Yarışlarda fərqlənən idmançılar və qalib gələn komandalar rayon Gənclər və İdman idarəsi tərəfindən diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar.
Sonda xatirə şəkli çəkilib.

Elmar VÜQARLI

   Azərbaycan Yazıçılar Birliyinin üzvü

Keçidlər