Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYONUNUN BAYTARLARI TƏSƏRRÜFATLARDA PEYVƏNDLƏMƏ İŞLƏRİNƏ BAŞLAYIBLAR

08 may 2018 | 16:00

Yaz fəslində xırda buynuzlu heyvanlar arasında ən çox rast gəlinən və yayılan infeksion xəstəliklərdən biri də bruselyozdur. Bunu nəzərə alan  Daşkəsən rayonun baytarları təsərrüfatlarda peyvəndləmə işlərinə başlayıb. Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən hazırlanan tədbirlər planına uyğun olaraq həyata keçirilən peyvəndləməyə rayonun 4 həkim baytar briqadası cəlb edilib.
Daşkəsən rayonunda hazırda 107 min xırda buynuzlu heyvan var və bütün heyvanlar bu ayın sonuna kimi peyvənd ediləcəkdir. Həmçinin törədici qoçlardan bruselyoz xəstəliyinin diaqnostikası məqsədilə qan nümunələri də götürülür. Peyvəndləmə işləri yekunlaşdıqdan sonra təlimata uyğun olaraq təsərrüfat yerləri dezinfeksiya edilir.
Daşkəsən Rayon Baytarlıq İdarəsinin rəisi Mərdan Abbasov deyib ki, Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Xidməti tərəfindən müvafiq dərmanlar verilir və hər bir dərmanın üzərində “satıla bilməz” qeydi vardır. Termo çamadanlarda buzluq vasitə ilə soyuq zəncir prinsipinə uyğun olaraq təsərrüfatlarda heyvanların göz damlası ilə profilaktik müayinəsi aparılır. Qan nümunələri götürüldükdən sonra Zona Baytarlıq Laboratoriyasında yoxlanılır. Əgər müsbət reaksiya baş verərsə, təlimata uyğun həmin heyvanlar təsərrüfatlardan çıxarılır. Peyvəndlənmə nəticəsində hazırda Daşkəsən rayonunda epizootik durum tam sabitdir, heç bir yoluxucu infeksion xəstəlik qeydə  alınmamışdır.
Daşkəsənli təsərrüfat sahibləri ilin hər fəslində heyvanların vaxtlı-vaxtında peyvəndlənməsindən razılıqlarını bildiriblər. 

Azər HACIYEV
RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və
proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi

Keçidlər