Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ “HEYDƏR ƏLİYEV VƏ MÜASİR AZƏRBAYCAN” MÖVZUSUNDA İNŞA MÜSABİQƏSİ KEÇİRİLİB

07 may 2018 | 16:00

Daşkəsən Rayon İcra Hakimiyyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə silsilə tədbirlərini davam etdirir.
Tədbirlər çərçivəsində mayın 7-də rayonunun orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.
Müsabiqə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Rayon Heydər Əliyev Mərkəzi tərəfindən təşkil olunub.
Tədbirin açılış mərasimində çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşı Elmar Əliyev Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı böyük tarixi xidmətlərindən, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və qüdrətlənməsi yolunda apardığı çoxşaxəli uğurlu siyasi fəaliyyətindən danışıb.
Rayon Gənclər və İdman idarəsinin rəisi Samir Həsənov məktəblilərə uğurlar diləyərək onların Ulu öndər Heydər Əliyevin ideyalarına sədaqət ruhunda böyümələri üçün bu cür tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.
Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova isə çıxışında ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliği məqsədilə müxtəlif maarifləndirici tədbirlərin keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, belə müsabiqələr həm də məktəblilərin ədəbi dilin normalarına uyğun yazmaq və öz fikirlərini sərbəst bildirmək bacarıqlarının təkmilləşdirilməsinə mühüm töhfə verir.
Qaydalar elan olunduqdan sonra müsabiqəyə start verilib. İnşa yazıları Rayon Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış və kodlaşdırılmış xüsusi dəftərlərdə yazılıb. Yazıların yoxlanılması müəllimlərindən ibarət münsiflər heyətinə həvalə edilib.

Daşkəsən rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilən inşa müsabiqəsində rayonun 15 ümumtəhsil məktəbindən 25 nəfər şagird iştirak edib.

Müsabiqənin nəticələrinə əsasən I, II, III yerləri tutmuş iştirakçılar mükafatlandırılıblar. 
Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Keçidlər