Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsənə rayonuna güclü qar yağıb

04 aprel 2018 | 16:00

Aprelin 3-də axşam saatlarından başlayaraq Daşkəsən rayonuna qar yağıb. Gecə və səhər yağan qarın örtüyünün qalınlığı Daşkəsən rayon mərkəzində, eləcə də daha dağlıq ərazidə yerləşən dağ kəndlərində 7-8 santimetrə çatıb.
Qarın kəndlərarası yollarda, o cümlədən hazırda əsaslı təmir işləri aparılan 25 kilometrlik Daşkəsən-Qabaqtəpə-Əmirvar avtomobil yolunda və digər yollarda nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün aidiyyəti qurumlar səfərbər olunaraq təmizləmə işləri aparıb.
Yolların qardan təmizlənməsi və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün 31 nömrəli Yol İstismarı MMC tərəfindən 2 ədəd avtoqreyder, 2 ədəd buldozer, 1 ədəd ekskavator və digər texniki və nəqliyyat avadanlığı sahələrə çıxarılıb.

Keçidlər