Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsənli məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyasından xoş təəssüratlarla döndülər

29 mart 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyada Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə səfərdə olan rayon məktəbliləri geri döndülər.
Məktəblilər xüsusi ayrılmış avtobusla Ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış  abidə kompleksi qarşısına gəldilər. İştirakçıları rayon icra hakimiyyətinin, təhsil şöbəsinin, rayon ictimaiyyətinin nümayəndələri və valdeynlər qarşıladılar.
İştirakçılarla görüşənlər 4 günlük səyahətdən sonra şagirdlərin səfər təəssüratlarını öyrəndilər. Məktəblilər ölkəmizin bu bölgəsindəki abidələri, muzeyləri ziyarət edərkən ölkəmizin tarixi, mədəniyyəti barədə çox şey öyrəndiklərini bildirdilər. “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Dövlət Başçımız çox hörmətli cənab İlham Əliyevin gənc nəslə olan daimi diqqət və qayğısından irəli gəldiyini vurğuladılar.
Səfərdən zəngin təəssüratlarla qayıdan məktəblilər və onların valideynləri bu layihənin həyata keçirilməsinə görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildirdilər.

Keçidlər