Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYONUNDA SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN YARADILMASININ 6-CI İLDÖNÜMÜ QEYD OLUNUB

13 fevral 2018 | 16:00

Daşkəsən Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi ilə birgə Dövlət Xidmətinin yaradılmasının 6-cı ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdən öncə rayon rəhbərliyi və tədbir iştirakçıları rayon mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Gülqoyma mərasimindən sonra tədbir Heydər Əliyev Mərkzində davam etdirilmişdir. Tədbiri giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ilk öncə  başda general-leytenant Arzu Rəhimov olmaqla Xidmətin bütün şəxsi heyətini, o cümlədən də Daşkəsən rayon bölməsinin əməkdaşlarını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-cı ildönümü münasibəti ilə səmimi-qəlbdən təbrik etmiş, onlara  yeni-yeni uğurlar arzulamışdır.
Bildiyiniz kimi möhtərəm cənab Prezidentimiz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Yusif oğlu Rəhimovun fəaliyyətini yüksək qiymətləndirmiş, Azərbaycan dövlətçiliyinə sadiqlik göstərərək vəzifə borcunu ləyaqətlə və yüksək peşəkarlıqla yerinə yetirdiyinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etmişdir. Bu təltifə görə bütün daşkəsənlilər adından hörmətli general-leytenant Arzu Rəhimovu təbrik edirik.
Ölkə başçısı tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Mayıl Seminar oğlu Şahverdiyevin general-mayor ali hərbi rütbəsi  almasına, həmçinin xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə şəxsən hörmətli Mayıl Şahverdiyevi ürəkdən təbrik edirəm, ona bu şərəfli işində yeni-yeni uğurlar arzulayıram.
Azərbaycanda fəaliyyəti ilə seçilən, ictimaiyyətin daim diqqət mərkəzində olan dövlət qurumları sırasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin özünəməxsus yerini vurğulayan Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışına davam edərək demişdir:
-  Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 13 fevral 2012-ci il tarixli Fərmana əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması, səlahiyyətlərinin genişləndirilməsi vaxtında atılmış mühüm və uğurlu addımlardan biridir. Bu gün Dövlət Xidmətinin yaranmasından altı il ötür. Ötən qısa müddətdə Dövlət Xidməti Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində uğurlu inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib.
Çıxışında Əhəd Abıyev 2016-cı ilin aprel döyüşlərindən,  habelə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış böyük infrastrukturdan və cəbhəboyu ərazidə yerləşən kəndə Möhtərəm Prezidentimizin böyük diqqət və qayğısından da geniş söhbət açmışdır.
Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinə, ölkəmizin ərazi bütövlüyünün bərpasına, qaçqın-köçkünlərimizin yurd-yuvalarına qayıtmasına çalışan Prezident cənab İlham Əliyev qarşıya qoyduğu məqsədlərə mərhələ-mərhələ nail olur. 2016-cı ilin aprel döyüşləri də, Cocuq Mərcanlıya qayıdış layihəsi də həmin mərhələlərin tərkib hissələridir. Daha böyük sevinclər və daha uğurlu əməliyyatlar isə qabaqdadır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin fəaliyyətindən danışan Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışının sonunda demişdir: “İnanırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacaqdır. Bu yolda onlara uzun ömür, cansağlığı, yeni-yeni müvəffəqiyyətlər arzulayırıq. Vətən naminə fədakarlıq göstərən əziz insanlar, peşə bayramınız bir daha  mübarək olsun!”
Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi mayor İxdiyar Əhmədov bildirmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət göstərdiyi ötən 6 il ərzində ölkədə səfərbərlik işini yüksək səviyyədə təşkil etmiş, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, çağırışçıların müddətli həqiqi hərbi xidmətə cəlb edilməsi və ordu quruculuğu sahəsində qarşıya qoyulmuş vəzifələri müvəffəqiyyətlə həyata keçirmiş, şəffaflıq prinsiplərinə əsaslanaraq dövlət orqanı kimi özünü doğrultmuşdur.
İxdiyar Əhmədov onu da qeyd etmişdir ki, 2016-cı ilin aprel döyüşlərində ordumuzun uğurlu döyüş əməliyyatlarından ruhlanan yaşından asılı olmayaraq yüzlərlə rayon sakini döyüşlərdə iştirak etmək üçün bölməyə müraciətlər etmişlər. Sadalanan bu göstəricilər isə, əlbəttə ki, rayonda olan hərbi vətənpərvərlik hissinin yüksək səviyyədə olmasından irəli gəlir.
Daha sonra öz çıxışında “Vətənin müdafiəsinə hazıram” mövzusunda respublikanın bütün rayonlarında olduğu kimi, eləcə də  Daşkəsən rayonunda 2016-cı ilin sentyabr ayında möhtəşəm tədbir keçirilməsini vurğulayan İxdiyar Əhmədov hərbi vətənpərvərlik mövzusunda müsabiqələrin və tədbirlərin keçirilməsində əsas məqsədin gənc nəslin milli-dövlətçilik ruhunda tərbiyə olunması, doğma torpağa olan sədaqət hissinin möhkəmləndirilməsi, hər an vətənin müdafiəsinə qalmağa hazırlığının yüksəldilməsi olduğunu bildirmişdir.
O, xüsusi olaraq qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyevin ideyalarına daim sadiqlik nümunəsi göstərərək Azərbaycan Respublikasının Prezidenti, Sliahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm Prezident cənab İlham Əliyevin qarşılarına qoyduğu tapşırıqlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti tərəfindən yüksək səviyyədə yerinə yetirilməkdədir.
Çıxışının sonunda peşə bayramlarının rayonda belə yüksək səviyyədə keçirilməsinə görə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevə öz təşəkkür və minnətdarlığını bildirmiş və tədbir iştirakçılarını əmin etmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi olaraq dövlətin, xalqın, Ali Baş Komandanın etimadını doğrultmaq, üzərlərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da daha böyük səy və fədakarlıqla çalışacaqlar.
Tədbirin sonunda rayon Heydər Əliyev Mərkəzinin önündə xatirə şəkli çəkilmişdir.

Keçidlər