Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN MƏKTƏBLİLƏRİ ARASINDA ÜMUMRAYON ŞAHMAT YARIŞI KEÇİRİLİB

30 yanvar 2018 | 16:00

Daşkəsən Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 12-17 yanvar 2018-ci il tarixlərdə Daşkəsən rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində “2 fevral – Azərbaycan Gənclər günü” münasibətilə rayonun ümumtəhsil məktəbliləri arasında şahmat oyunu üzrə rayon birinciliyi keçirilmişdir.
Yarışda məqsəd “2 fevral – Azərbaycan Gənclər günü”nün qeyd olunması, 16 yaşadək idmançıların Azərbaycan birinciliyinin seçmə yarışlarına hazırlığını həyata keçirmək, idman dərəcələri normalarının yerinə yetirilməsi, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, istedadlı şahmatçıları aşkar edərək onların ustalıq dərəcələrini artırmaq, ən əsası isə idmanın bu intellektual növünün Daşkəsəndə kütləviliyini təmin etmək olub.
Kiçik və böyük yaş qrupları üzrə keçirilən yarışda ümumilikdə 34 nəfər iştirak etmişdir.  
Gərgin keçən mübarizədən sonra kiçik yaş qrupu üzrə A.Mürsəlov adına 2 saylı tam orta məktəbin şagirdi Qəmbərov Elgün Tural oğlu I yerə, İ.Nəsimi adına 1 saylı tam orta məktəbin şagirdləri Təvəgüloğlu Ümid Tural oğlu II yerə, Əlizadə Telman Hafiz oğlu III yerə yüksəliblər.
Böyük yaş qrupu üzrə İ.Nəsimi adına 1 saylı tam orta məktəbin şagirdi Həsənov Həsən Rəşad oğlu I yerə, S.Vurğun adına 4 saylı tam orta məktəbin şagirdləri Hüseynov Orxan Elşad oğlu II yerə, Alıyeva Könül Zaur qızı III yerə layiq görülmüşdür.
Qalib gəlmiş şahmatçılar Rayon Gənclər və İdman İdarəsi tərəfindən qiymətli hədiyyələr ilə təltif olunmuşdur.

Keçidlər