Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev vətəndaşların qəbulunu keçirib

24 noyabr 2017 | 16:00

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq noyabrın 24-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki hörmətli Aydın Əliyev Daşkəsəndə  Daşkəsən, Samux, Göygöl rayonları və Gəncə şəhər sakinlərini qəbul etmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ilə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Qəbul zamanı  bölgədə yaşayan sakinlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib.
Hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşan Komitə sədri qəbula yazılmış vətəndaşların müraciətlərinin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq həllinə dair Komitənin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar vermişdir. Eyni zamanda da səsləndirilən müxtəlif təkliflər, şikayət xarakterli müraciətlər tədbirlərin görülməsi üçün nəzarətə götürülmüşdür.
Qəbulda qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilmişdir. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.
Daşkəsəndə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin qəbuluna gələn vətəndaşlar müraciətlərə baxılması üçün yaradılan şəraitdən razılıq edərək göstərdiyi ali diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

Keçidlər