Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsənli məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyasından zəngin təəssüratlarla geri döndülər

15 noyabr 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyada Lənkəran-Masallı-Astara istiqaməti üzrə səfərdə olan rayon məktəbliləri geri döndülər.
Məktəblilər xüsusi ayrılmış avtobusla Ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış  abidə kompleksi qarşısına gəldilər. İştirakçıları rayon icra hakimiyyətinin, təhsil şöbəsinin, rayon ictimaiyyətinin nümayəndələri və valdeynlər qarşıladılar.
İştirakçılarla görüşənlər 4 günlük səyahətdən sonra şagirdlərin səfər təəssüratlarını öyrəndilər və gələcək təhsillərində uğurlar arzuladılar.
Məktəblilər cənub bölgəsindəki abidələri, muzeyləri ziyarət edərkən ölkəmizin tarixi, mədəniyyəti barədə çox şey öyrəndiklərini bildirdilər. Lənkəranda “Həzi Aslanovun ev muzeyi”, “Qoşa qala qapıları”, “Mayak” binası, “Xan sarayı”, Astarada “Çay fabriki”, Masallıda “Tarix-Diyarşünaslıq Muzeyi” və “Asan Həyat kompleksi” ilə tanışlığın yaddaşlarından heç vaxt silinməyəcəyini dedilər. “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Dövlət Başçımız çox hörmətli cənab İlham Əliyevin siz gənc nəslə olan daimi diqqət və qayğısından irəli gəldiyini vurğuladılar.
Cənub bölgəsindən zəngin təəssüratlarla ayrılan məktəblilər və onların valideynləri bu layihənin həyata keçirilməsinə görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildirdilər.

Keçidlər