Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibəti ilə YAP Daşkəsən rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında silsilə tədbirlər davam edir

18 oktyabr 2017 | 16:00

Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibəti ilə təsdiq olunmuş qrafikə uyğun olaraq Mərkəzi Rayon Xəstəxanası, Gigiyena və Epidemiologiya Mərkəzi, Daşkəsən şəhər, Gənclər İdman və Turizm idarəsi, DSMF-nun rayon şöbəsi, Meşə Mühafizəsi və Bərpası Müəssisəsi, Kobalt qəsəbə ərazi ilk partiya təşkilatlarında təntənəli yğığıncaqlar keçirilmişdir.
YAP Daşkəsən rayon təşkilatı Aparatının rəhbəri Sərdar Xidırov, Gənclər Birliyinin sədri Elşən Alıyev, İdarə heyətinin üzvü Nüsrət Vəliyev yığıncaqlarda iştirak etmişlər.
Çıxış edənlər YAP-ın yaranması, keçdiyi zəngin və şərəfli tarixə nəzər salaraq bildiriblər ki, YAP 25 il ərzində çətin və şərəfli yollardan keçərək, bu gün Azərbaycanın ən güclü partiyası kimi formalaşıb. YAP ölkədə keçirilən bütün siyasi kampaniyalarda qələbə qazanır. Ümummilli lider Heydər Əliyevin 25 il öncə uzaqgörənliklə qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.
Ciddi sınaqlardan çıxmış YAP 25 il ərzində təşəkkül tapıb, inkişaf edib, möhkəmlənib, ildən-ilə öz sıralarını genişləndirərək xalqın partiyasına çevrilib.

Keçidlər