Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

YAP-ın yaranmasının 25-ci ildönümü ilə bağlı tədbirlər davam etdirilir

13 oktyabr 2017 | 16:00

Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibəti ilə YAP Daşkəsən rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında tədbirlər davam edir. Bu silsilədən növbəti tədbir isə rayonun Alunitdağ qəsəbə  ərazi ilk partiya təşkilatında keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Daşkəsən rayon təşkilatının Gənclər Birliyinin sədri Elşən Alıyev qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının ölkəmiz üçün olduqca mürəkkəb bir vaxtda yarandığını deyib. Natiq bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev dərin düşünülmüş siyasəti, qətiyyəti və müdrik qərarları sayəsində Azərbaycanı düşdüyü böhranlı vəziyyətdən çıxara bilib, qısa müddətdə böyük uğurların qazanılmasında müstəsna xidmətlər göstərib, xalqın etimadını layiqincə doğruldub. Məhz bütün bunların nəticəsidir ki, Ulu öndərin yaratdığı və hazırda Prezident İlham Əliyevin Sədri olduğu YAP ümumxalq partiyası kimi Azərbaycan tarixinə düşüb.
Alunitdağ qəsəbə  ərazi ilk partiya təşkilatının sədri Nazxanım Efendiyeva partiyanın 25 illik fəaliyyətinin zəfərlərlə zəngin olduğunu bildirib, YAP-ın müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafındakı rolundan bəhs edib. Xüsusi olaraq vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni qələbələrə doğru inamla addımlayır.

Keçidlər