Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə YAP-ın yaranmasının 25-ci ildönümü ilə bağlı tədbirlər keçirilib

06 oktyabr 2017 | 16:00

YAP Daşkəsən rayon təşkilatının tədbirlər planına uyğun olaraq bu gün  rayonun Bayan kənd ərazi, M.Mustafayev adına ilk partiya təşkilatı və Bayan kənd ümumi orta məktəbi ilk partiya təşkilatlarında Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş  görüşlər keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Daşkəsən rayon təşkilatının Gənclər Birliyinin sədri Elşən Alıyev qeyd etdi ki, partiyanın yaranmasının 25 illiyi ölkəmizin hər yerində olduğu kimi, Daşkəsən rayonunda da geniş tədbirlərlə qeyd olunur. E.Alıyev bildirib ki, xalqın istəyi ilə yaranan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın keçdiyi inkişaf yolunun bələdçisidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı nitqində səsləndirdiyi fikirlərin əhəmiyyətindən də danışıb, həmçinin, dövlətimizin başçısının proqram xarakterli nitqinin hər bir azərbaycanlı kimi, partiyanın üzvləri qarşısında da yeni vəzifələr müəyyənləşdirdiyini vurğulayıb.
Ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası ötən müddət ərzində bir çox uğurlara imza atmışdır. Bu partiyanın yaradıcısı olan böyük öndər Heydər Əliyevin liderliyi ondan ibarət olmuşdur ki, çətin günlərdə xalqımızı birləşdirməyi bacarmışdır. Müstəqil Azərbaycanın 26 ildə bütün sahələrdə qazandığı nailiyyətlər yüz ilə bərabər uğurlardır.
Bayan kənd ərazi ilk partiya təşkilatının sədr müavini Nürəddin Qasımov da öz çıxışında ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətin Azərbaycanın qarşısında yeni-yeni imkanlar açdığını, yeni hədəflər müəyyənləşdirdiyini bildirib. Gənclərin Azərbaycanın ayıq-sayıq və ən iti görən gözü, tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olduğunu qeyd edən N.Qasımov daşkəsənli gənclərin də ölkə başçısı, Partiyanın Sədri cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini, Vətənimizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin çiçəklənməsi naminə hər bir sahədə böyük fəallıq göstərdiyini bildirib.
M.Mustafayev adına ilk partiya təşkilatının sədri Telman Vəliyev YAP-ın yaranması, keçdiyi zəngin və şərəfli tarixə qısa nəzər salaraq bildirib ki, YAP 25 il ərzində çətin və şərəfli yollardan keçərək, bu gün Azərbaycanın ən güclü partiyası kimi formalaşıb. YAP ölkədə keçirilən bütün siyasi kampaniyalarda qələbə qazanır. Ümummilli lider Heydər Əliyevin 25 il öncə uzaqgörənliklə qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.
Bayan kənd ümumi orta məktəbi ilk partiya təşkilatının üzvü, partiya fəalı məktəbin müəllimi Hüseyn Ağayev qarşıdan gələn bu əlamətdar gün münasibətilə öz təbriklərini çatdırıb, partiyanın yaranma tarixi, inkişaf  mərhələləri, ölkənin ictimai-siyasi həyatındakı müstəsna rolu barədə geniş məlumat verib.
H.Ağayev qeyd edib ki, ciddi sınaqlardan çıxmış YAP 25 il ərzində təşəkkül tapıb, inkişaf edib, möhkəmlənib, ildən-ilə öz sıralarını genişləndirərək xalqın partiyasına çevrilib.
Digər çıxış edənlər isə bildiriblər ki, Azərbaycanın bugünkü inkişafı, tərəqqisi hər bir Azərbaycan vətəndaşında, Yeni Azərbaycan Partiyasının hər bir üzvündə qürur hissi yaradır.
YAP Daşkəsən rayon təşkilatının tədbirlər planına uyğun olaraq Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş görüşlər ilk partiya təşkilatlarında davam etdirilir.

Keçidlər