Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda Prokurorluq işçilərinin peşə bayramı günü qeyd edildi

30 sentyabr 2017 | 16:00

Daşkəsən rayonunda 1 oktyabr  Prokurorluq işçilərinin peşə bayramı günü qeyd edildi. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, rayon Prokurorluğunun işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.
Tədbir iştirakçıları Daşkəsən şəhərinin mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər çiçəklər qoydular.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tədbirdə çıxış edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyev hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixdə sərəncam imzalamışdır.
Əhəd Abıyev daha sonra çıxış edərək prokurorluq orqanlarına göstərilən diqqət və qayğıya, fəaliyyətləri üçün yaradılan yüksək səviyyəli şəraitə görə Azərbaycan Prespublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdi.
O, Azərbaycan Respublikanın Baş Prokuroru hörmətli Zakir Qaralov başda olmaqla, respublikanın bütün prokurorluq işçilərini, o cümlədən Daşkəsən rayon Prokurorunu və işçilərini peşə bayramları münasibətilə  təbrik etdi. Onlara məsul və şərəfli işlərində yeni-yeni uğurlar arzuladı.
Əhəd Abıyev öz çıxışında həmçinin qeyd etdi ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının Prokurorluğu sinfi mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun qorunmasına xidmət edən orqana çevrilməklə sivil və demokratik inkişaf yoluna qədəm qoymuşdur.
Sonra tədbirdə rayon Prokurorluğunun rəhbərliyi çıxış edərək bundan sonra da onlara göstərilən etimadı layiqincə doğrultmaq üçün bütün qüvvələrini sərf edəcəklərini vurğuladılar.

Keçidlər