Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ MÜQƏDDƏS QURBAN BAYRAMI YÜKSƏK SƏVİYYƏDƏ KEÇİRİLDİ

31 avqust 2017 | 16:00

31 avqustda Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən müqəddəs Qurban bayramı tədbirləri çərçivəsində rayonda yaşayan şəhid ailələri, əlillər, müharibə veteranları, məcburi köçkünlər, tənha ahıllar və aztəminatlı ailələrə Qurban sovqatı paylanıldı.
Rayon mərkəzindəki “Yeni Həyat” şadlıq sarayında bayram süfrəsi arxasında davam edən bayram tədbirində isə rayonda olan idarə, müəssisə və təşkilatların kollektivləri, “Daşkəsən Filizsaflaşdırma” ASC və “AzerGold” QSC-nin işçiləri, YAP fəalları, eləcə də şəhid ailələri, müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Daşkəsən  Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev əvvəlcə Qurban bayramı münasibətilə təbriklərini və çatdırdı. O, çıxışında dedi:
- Belə tədbirlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin İslam dininə, milli-mənəvi dəyərlərimizə daim ehtiramla yanaşmasının və vətəndaşlara olan diqqət və qayğısının təzahürüdür.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən respublikamızda 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi də Dövlət Başçısının İslam dininə verdiyi ali dəyərin bariz göstəricilərindəndir.
Çox sevindirici haldır ki, bu gün bizimlə burada rayon ərazisində yeni tikilib istismara tam hazır olan AzerGold” QSC-nin Çovdar qızıl emalı sahəsinin əməkdaşları da iştirak edirlər. Həmin müəssisədə hazırda 450 nəfərdən artıq işçi daimi işlə təmin olunub. Yaxın gələcəkdə istehsal gücünün və işçilərin sayının artırılması nəzərdə tutulub. Rayon ərazisində olan bu müəssisə nəinki regionda, hətta dünyada məşhur olacaq, böyük iqtisadi gəlir gətirən bir sahə kimi Azərbaycana şöhrət və baş ucalığı gətirəcəkdir.
Belə bir müasir emal müəssisənin rayonumuzda yaradılmasına görə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevə bütün daşkəsənlilər adından dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Fürsətdən istifadə edib, “AzerGold” QSC-nin idarə heyətinin sədri Zakir İbrahimovu və müəssisənin bütün kollektivini müqəddəs Qurban bayramı münasibətilə təbrik edirik, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Rayonumuzda digər böyük bir dağ-mədən sənayesi müəssisəsi olan “Daşkəsən Filizsaflaşdırma” ASC-nin tezliklə, investisiya müsabiqəsi başa çatdıqdan sonra bu sahədə olan bütün problemli məsələlər də öz həllini tapacaqdır.  
Hazırda həmin müəssisənin yeni rəhbərliyi tərəfindən işçilərin əmək haqları vaxtlı-vaxtında verilir, uzun müddətdən bəri yığılıb qalmış əmək haqları ödənilir, həm də sevindirici haldır ki, müəssisəyə qısa vaxtda yeni qaz xətti çəkilib, işçilərə əlverişli iş şəraiti yaradılıb. Hal-hazırda müəssisəyə tanınmış iş adamı Rasim Məmmədov tərəfindən bu işlərdə köməklik göstərilir.
Birmənalı olaraq qeyd edirəm ki, bu gün ölkəmizdə “AzerGold” QSC-i, “Daşkəsən Filizsaflaşdırma” ASC, o cümlədən “Alunit” İstehsal Sahəsinin işə salınması ölkəmizin qeyri-neft sektoruna böyük iqtisadi gəlir gətirəcək, Daşkəsən rayon sakinləri daimi iş yerləri ilə təmin olunmasına şərait yaradacaq, rayonumuzda uzun müddət problemli olan məsələlər tam öz həllini tapacaq, Daşkəsən regionda inkişaf etmiş pilot bir rayon olacaqdır.
Rayonumuzda böyük quruculuq-abadlıq işləri görülür. Belə ki, şəhərin su-kanalizasiya sisteminin tamamilə yenidən qurulması işləri başa çatmaq üzrədir, son tamamlama işləri görülür.
Ölkəmizdə böyük iqtisadi gəlir gətirə bilən bu istehsal müəssisələrinin işə salınması biz daşkəsənliləri sevindirir.
Müqəddəs bayram günündə ölkə rəhbərimiz cənab ilham Əliyevə, onun ailəsinə təşəkkür və minnətdarlığımızı bildirərək, onlara xoşbəxtlik arzulayır, bu şərəfli işlərində yeni qələbələr və uğurlar diləyirik.
Bir daha da müqəddəs Qurban bayramınız mübarək olsun!
Etdiyiniz dualar, kəsdiyiniz qurbanlar qəbul olsun!
Allah Prezidentimizi qorusun, Prezidentimiz də xalqımızı!

Elmar VÜQARLI

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Keçidlər