Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ 23 İYUN DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI GÜNÜ QEYD EDİLİB

23 iyun 2017 | 16:00

İyun ayının 23-də Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasının iclas zalında RİH Başçısı Aparatın məsul işçiləri və rayonun digər qurumlarında çalışan dövlət qulluqçularının, həmçinin icitimaiyyət nümayəndələrinin iştirakı ilə Dövlət Qulluqçularının peşə bayramı qeyd olunub. Tədbiri giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışında demişdir:
- Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə Sizi təbrik edir, bu şərəfli peşənizdə hər birinizə  müvəffəqiyyətlər və şəxsi həyatınızda yeni-yeni uğurlar arzulayıram. Fürsətdən istifadə edərək qarşıdan gələn Ramazan bayramı münasibətilə də hər birinizi  təbrik edir, Uca Tanrıdan sizlərə xoşbəxtlik, can sağlığı, ailə səadəti diləyirəm.

Bildiyimiz kimi 23 iyun ölkəmizdə Dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı çox hörmətli möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. BMT Baş Assambleyası tərəfindən 23 iyun Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq, bu tarixin Azərbaycanda da Dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.

Bizim dövlətçilik konsepsiyamız Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu strateji kurs üzərində formalaşmış və həmin siyasi kursun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun olaq zənginləşdirilir.
 
Prezident cənab İlham Əliyev 2006-cı il iyunun 22-də dövlət qulluqçularına müraciətində müasir, sivil, demokratik vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin daim inkişaf etdirilməsi üçün dövlət qulluqçularının qarşısına əlavə vəzifələr də qoymuşdur. Belə ki, hər bir dövlət qulluqçusu dünyada gedən qlobal proseslərdən xəbərdar olmalı, informasiya texnologiyalarını, demokratik idarəçilik üsullarını mənimsəməli, müasir düşüncə sahibi olmalıdır.

Möhtərəm Prezidentimizin 2012-ci il 18 aprel tarixli Sərəncamı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyi yaradılmışdır. Elektron hökumətin tətbiqi dövlət qulluğunda şəffaflığın daha da artırılmasına və məmur-vətəndaş əlaqələrinin minimuma endirilməsinə şərait yaradıb. Bu da əhalinin rahatlığının təmin edilməsi və dövlət orqanları işinin daha səmərəli təşkili üçün böyük imkanlar verir.

Günbəgün inkişaf edən, çiçəklənən, Ulu Öndərin Heydər Əliyevin müqəddəs sözləri ilə desək, dünyaya günəş kimi doğan Azərbaycan özünün Dövlət idarəetmə sistemi ilə dünya dövlətləri sırasında bu gün qabaqcıl yerlərdədir.

Dövlətimizin inkişafı, tərəqqisi və rifahı  naminə hər bir dövlət qulluqçusu öz vəzifəsini vicdanla, Vətəninə, xalqına sədaqət hissi ilə yerinə yetirməyə borcludur.

Mən Sizin hər birinizi 23 iyun Dövlət qulluqçularının peşə bayramı günü münasibəti ilə bir daha da təbrik edir, bu şərəfli fəaliyyətinizdə sizlərə müvəffəqiyyətlər arzulayıram. Bayramınız mübarək olsun!

Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2017-ci il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunması münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini  Nağıyeva Aidə Nazim qızını təbrik etdi.
Daha sonra bayram tədbirində rayonun dövlət qulluqçuları çıxış edərək peşə bayramı münasibəti ilə həmkarlarını təbrik etdilər, onlara bu şərəfli yolda uğurlar arzuladılar və Ölkə Başçısına dövlət qulluqçularına göstərdiyi xüsusi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Keçidlər