Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının IX konfransı keçirildi

02 iyun 2017 | 16:00

2 iyun 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının IX konfransı keçirildi.Konfransda Milli Məclisin deputatı,YAP siyasi şurasının üzvü Mirkazım Kazımov, Milli Məclisin deputatları  Kamran Bayramov,Rövşən Rzayev, Naqif Həmzəyev, YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, Qərb bölgəsinin  şəhər və rayontəşkilatlarının sədrləri, qonaqlar,270 nəfər konfrans  nümayəndəsiiştirak etdi. Konfransının gündəliyinə uyğun olaraq ilk öncə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyevin təşkilatın ötən dövr ərzində gördüyü işlər barədə hesabat məruzəsi  dinlənildi. Sonra təşkilatın Nəzarət-təftiş qrupunun sədri Yaşar Məhərrəmov hesabat məruzəsi ilə çıxış etdi. Məruzələr ətrafında Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, YAP rayon təşkilatının  Qadınlar şurasının sədri Rəna Aslanova, YAP rayon təşkilatının  Gənclər Birliyinin sədri Elşən Alıyev, Milli Məclisin deputatları Rövşən Rzayev, Kamran Bayramov, Naqif Həmzəyev, YAP siyasi şurasının üzvü Mirkazım Kazımov, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyevçıxış edərək YAP Daşkəsən rayon təşkilatının ötən dövr ərzindəki fəaliyyətini yüksək qiymətləndirərək, konfransın işinə uğurlar arzuladılar. Konfransda təşkilati məsələlərə baxılaraq,  MeydanəliYolçuyev yenidən YAP Daşkəsən  rayon təşkilatına sədr seçildi. Rayon təşkilatına 25 nəfərdən ibarət şura üzvü, 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu da seçildi. Sonda YAP sıralarına yeni qəbul olunan bir qrup gəncə YAP-ın üzvlük vəsiqələri təqdim olundu, onlara qiymətli hədiyyələr verildi.

Keçidlər