Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları xoş təəssüratlarla geri döndülər

26 mart 2017 | 16:00

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyada Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə səfərdə olan rayon məktəbliləri geri döndülər.
İştirakçıları Daşkəsən Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin, rayon ictimaiyyətinin nümayəndələri və valdeyinlər qarşıladılar.
İştirakçılarla görüşən Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini–Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Cavanşir Qocayev onların səfər təəssüratlarını öyrəndi və ölkəmizin tarixini, mədəniyyətini, sosial-iqtisadi inkişafını daha da dərindən öyrənmələri üçün təhsillərində uğurlar arzuladı.
Məktəblilər şimal bölgəsindəki abidələri, muzeyləri ziyarət edərkən ölkəmizin tarixi, mədəniyyəti barədə çox şey öyrəndiklərini bildirdilər. Qəbələ rayonunda  Heydər Əliyev adına Konqres Mərkəzi, “Beltmann” piano zavodu, Tufandağ” Xizəkçilik Kompleksi, Nic kəndində qədim Alban-udi məbədi, Şəkidə Xan Sarayı, Yuxarı Karvansaray, Zaqatalada Tarix-Mədəniyyət qoruğu və Fındıq Emalı zavodu  ilə tanışlığın heç vaxt yaddaşlarından silinməyəcəyini dedilər.
Tur-aksiyadan zəngin təəssüratlarla ayrılan məktəblilər bu layihənin həyata keçirilməsinə görə Prezidentimizə dərin minnətdarlıqlarını bildirdilər.
Sonda xatirə şəkli çəkildi.

Keçidlər