Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən məktəbliləri də növbəti “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasına qoşulublar

12 noyabr 2016 | 16:00

Ölkə rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi adı altında respublikamızın ayrı-ayrı bölgələri, onların  özünəməxsus xüsusiyyətləri ilə daha yaxından tanış olmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrindən olan IX-XI sinif şagirdləri üçün ekskursiya turları təşkil olunur. Yüksək səviyyədə təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici tur layihəsi çərçivəsində növbəti ekskursiya 12-15 noyabr 2016-cı il tarixlərində keçiriləcəkdir.

Həmin tur-aksiyaya Daşkəsən məktəbliləri də qatılıb. Onlar Lənkəran-Astara-Masallı marşrutunun iştirakçıları olacaqlar. Qrupa daxil olan şagirdlərə 4 gün ərzində gedəcəkləri rayonlardakı tarixi yerlər, Heydər Əliyev mərkəzləri və tarix-diyarşünaslıq muzeyləri barədə hərtərəfli bilgilər veriləcək. Bu da şagirdlərə Vətənimizin dilbər guşələri haqqında daha geniş məlumatlar əldə etmələrinə imkan verəcəkdir.
Rayonun Heydər Əliyev meydanından start götürən turun təntənəli yola salma məsarimində rayon rəhbərliyi ilə yanaşı, rayon ictimaiyyəti, həmçinin təhsil işçiləri və valideynlər də iştirak etmişlər.
Onlar öz çıxışlarında yaradılmış şəraitə görə ölkə başçısına dərin minnətdarlıqlarının bildirərək qeyd etmişlər ki, ölkə rəhbərinin tapşırığı ilə həyata keçirilən bu tur çərçivəsində şagirlər ölkəmizin tarixini, adət-ənənələrini, uğurlarını dərindən öyrənmək imkanı qazanacaq və  qədim tarixi abidələr, rayonların keçmiş və müasir simasını əks etdirən tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və digər  obyektlərlə tanışlıq onların dünyagörüşündə silinməz izlər buraxacaqdır;yeniyetmələrin sağlam vətənpərvər gənclər kimi yetişmələrində mühüm rol oynayacaqdır.
Sonra ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış  abidə kompleksi qarşısına tər gül-çiçək dəstələri düzən  20 nəfərdən ibarət qrup Lənkəran şəhərinə yola düşüblər

Elmar Vüqarlı

Keçidlər