Home Contact Phone
background
  • Ünvan: AZ-1600, Daşkəsən rayonu ,Daşkəsən şəhəri Heydər Əliyev meydanı 2
  • Faks: (+994 22) 215-59-79
  • E-mail: mail@dashkesen-ih.gov.az

Xəbərlər

  • Daşkəsən məktəbliləri də növbəti   “Öl...

    Daşkəsən məktəbliləri də növbəti “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasına qoşulublar

    2016-11-12

    Ölkə rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi adı altında respublikamızın ayrı-ayrı bölgələri, onların özünəməxsus xüsusiyyətləri ilə daha yaxından tanış olmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrindən olan IX-XI sinif şagirdləri üçün ekskursiya turları təşkil olunur.

  • Daşkəsəndə 16 Noyabr – Beynəlxalq Tolerantl...

    Daşkəsəndə 16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü ilə bağlı tədbir keçirilib

    2016-11-10

    Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Daşkəsən rayon Heydər Əliyev Mərkəzində 16 Noyabr – Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayon fəalları, müəllim və yuxarı sinif şagirdləri iştirak etmişlər.

  • DAŞKƏSƏNDƏ 9 NOYABR – DÖVLƏT BAYRAĞI GÜN...

    DAŞKƏSƏNDƏ 9 NOYABR – DÖVLƏT BAYRAĞI GÜNÜ MÜNASİBƏTİLƏ MÖHTƏŞƏM ÜMUMRAYON TƏDBİRİ KEÇİRİLMİŞDİR

    2016-11-09

    Öz döyüş məharətlərini nümayiş etdirən xüsusi təyinatlı əsgərlərimiz tərəfindən tədbir iştirakçıları qarşısına gətirilən şifer lövhəsindən hazırlanmış təcavüzkar erməni bayrağını Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev güclü yumruq zərbəsi ilə vuraraq çilik-çilik etdi, erməni bayrağı darmadağın olunaraq ayaq altına salındı.

  • “Uşaqlar işgəncələrə yox deyir!”

    “Uşaqlar işgəncələrə yox deyir!”

    2016-11-02

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira xanım Süleymanovanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, oktyabrın 20-dən noyabrın 20-dək respublikamızda “Uşaq hüquqları aylığı” keçirilir.

  • Hərbi qulluqçular böyük ruh yüksəkliyi ilə ...

    Hərbi qulluqçular böyük ruh yüksəkliyi ilə qarlı zirvələrə - döyüş növbəsinə yola düşüblər

    2016-11-01

    Daşkəsən rayonundakı N nömrəli hərbi hissədə "Dağlar çağırır səni, Azərbaycan əsgəri!" devizi altında bir qrup hərbi qulluqçunun döyüş növbəsinə təntənəli yolasalma mərasimi keçirilib. Qoşqar dağının ətəyində toplanmış şəxsi heyət qarşısında çıxış edən Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani Azərbaycanın ordu quruculuğunda son illərdə qazanılan uğur və nailiyyətlərdən fəxrlə danışaraq ordumuzun bu gün Qafqazın ən qüdrətli ordusu olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.

  • Azərbaycanın dövlət müstəqilliyinin bərpas...

    Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

    2016-10-18

    Daşkəsən Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masada Rayon İcra Hakimiyyətinin, həmçinin rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, YAP fəalları iştirak etmişlər.

  • 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inki...

    2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarını Daşkəsən rayonu uğurla başa vurmuşdur

    2016-10-17

    17 oktyabr 2016-cı il tarixdə Daşkəsən rayonunda 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir.

  • Daşkəsən Rayon Dövlət Yanğından Mühafizə ...

    Daşkəsən Rayon Dövlət Yanğından Mühafizə Hissəsi Yanğın texnikalarını və xilasetmə avadanlıqlarını rayon ictimaiyyətinə nümayiş etdirmişdir

    2016-10-11

    11 oktyabr tarixində Daşkəsən Rayon Dövlət Yanğından Mühafizə Hissəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğın Texnikası şöbəsinin illik tədbirlər planına uyğun olaraq rayon Dövlət Yanğından Mühafizə Hissəsinin həyətində texnikalarının və xilasetmə avadanlıqlarının baxış-təlimini keçirmişdir.

  • 5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür

    5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür

    2016-10-05

    5 oktyabr – Beynəlxalq Müəllimlər günü rayonumuzun bütün ümumtəhsil məktəblərində, o cümlədən də Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta məktəbində qeyd olunub.

  • “Dünyəvi dövlətdə din: Azərbaycan modeli...

    “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar-treninq keçirilmişdir

    2016-09-22

    22 sentyabr tarixində YAP Daşkəsən rayon təşkilatının iclas zalında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar-treninq keçirilmişdir. Seminar-treninqdə rayon ictimaiyyətinin müxtəlif yaş qruplarına mənsub nümayəndələri iştirak edib.

  • Daşkəsən rayonunda  ümumtəhsil məktəblilər...

    Daşkəsən rayonunda ümumtəhsil məktəbliləri arasında stolüstü tennis idman növü üzrə rayon birinciliyi keçirilmişdir.

    2016-09-22

    19-20 sentyabr 2016-cı il tarixlərdə Daşkəsən rayon Uşaq Gənclər İdman Məktəbində “21 sentyabr Beynəlxalq Sülh günü” münasibətilə ümumtəhsil məktəbliləri arasında stolüstü tennis idman növü üzrə rayon birinciliyi keçirilmişdir.

  • Daşkəsənlilərin seçimi : “Həmrəy olaq –...

    Daşkəsənlilərin seçimi : “Həmrəy olaq – Hə deyək!”

    2016-09-21

    Daşkəsəndə 26 sentyabr 2016-cı il tarixinə təyin edilmiş ümumxalq səsverməsində referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Kampaniya çərçivəsində bu gün rayonda minlərlə rayon sakininin iştirak etdiyi möhtəşəm mitinq-konsert keçirilib.

  • Daşkəsən rayonunda “Vətənin müdafiəsinə ...

    Daşkəsən rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

    2016-09-20

    Daşkəsən Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə "Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və xidmətin Daşkəsən rayon idarəsinin şəxsi heyəti, şəhid ailələri, Qarabağ Müharibəsi veteranları və hərbi xidmətə çağırış yaşlı gənclər iştirak edib.

  • Daşkəsənin bütün ümumtəhsil məktəblərind...

    Daşkəsənin bütün ümumtəhsil məktəblərində ənənəvi “Bilik günü” qeyd edildi

    2016-09-15

    15 sentyabr yeni dərs ilinin başlanması – ənənəvi “Bilik günü” münasibəti ilə Daşkəsən rayonu ərazisində yerləşən 43 ümumtəhsil məktəbində tədbirlər keçirildi.

  • Daşkəsən rayon təhsil işçilərinin  ənənə...

    Daşkəsən rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir

    2016-09-07

    07 sentyabr 2016-cı il tarixdə Daşkəsən rayon Mədəniyyət Mərkəzinin binasında rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir. Konfransda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Mirbaba Babayev və 300 nəfərdən çox rayon müəllimi iştirak edirdi.

  • Mülki müdafiə sahəsində rayonun 2, 5 və 6-c...

    Mülki müdafiə sahəsində rayonun 2, 5 və 6-cı sinif rəhbərləri ilə metodiki toplantı keçirilmişdir

    2016-09-02

    Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları Gəncə Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 sentyabr 2016-cı il tarixdə Daşkəsən rayon Mədəniyyət Mərkəzində mülki müdafiə sahəsində rayonun 2, 5 və 6-cı sinif rəhbərlərinin bilik və bacarıqlarının artırılması məqsədilə metodiki toplantı keçirilmişdir.

  • Əmək və əhalinin sosial müdafiəsi naziri Sə...

    Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Daşkəsən rayonunda 5 rayonun sakinlərini fərdi qaydada qəbul edib.

    2016-08-29

    Bu gün, avqustun 29-da Daşkəsən şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov Daşkəsən, Samux, Göygöl, Kəlbəcər rayonlarının və Gəncə şəhərinin sakinləri ilə görüşüb.

  • Daşkəsən rayonunda  təbii fəlakət baş vermi...

    Daşkəsən rayonunda təbii fəlakət baş vermişdir

    2016-08-27

    Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev təbii fəlakət baş vermiş ərazilərdə olmuş, zərər çəkmiş sakinlərlə görüşmüşdür.

  • DAŞKƏSƏN  RAYONUNDA    KOMPLEKS MÜLKİ MÜDAF...

    DAŞKƏSƏN RAYONUNDA KOMPLEKS MÜLKİ MÜDAFİƏ TƏLİMİ KEÇİRİLMİŞDİR

    2016-08-24

    2016-cı il üçün rayonun mülki müdafiə sahəsində tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikası Mülki Müdafiə Qoşunlarının Mülki Müdaifə idarəsinin Gəncə Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsi tərəfindən 24 avqust tarixində Daşkəsən rayonunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarəedilməsinin təşkili” mövzusunda kompleks Mülki Müdafiə təlimi keçirilmişdir.

  • Daşkəsəndə “Gənclərin yaradıcılıq emala...

    Daşkəsəndə “Gənclərin yaradıcılıq emalatxanası” adlı düşərgə keçirilib

    2016-08-18

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli 998 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf Strategiyası”nın 5.2.3-cü yarımbəndinin (gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahələrindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək) icrası məqsədilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 10-19 avqust 2016-cı il tarixlərdə Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən Daşkəsən Gənclərinin Təlim və İstirahət Mərkəzində “Gənclərin yaradıcılıq emalatxanası” adlı düşərgə keçirilib.

  • Daşkəsən şəhər Heydər Əliyev Mərkəzində...

    Daşkəsən şəhər Heydər Əliyev Mərkəzində növbəti nikah mərasimi keçirilmişdir

    2016-08-07

    Bu gün ölkəmizdə yeni ailə həyatı quran gənclərin nikah mərasimlərinin Heydər Əliyev Mərkəzlərində keçirilməsi ənənəyə çevrilmişdir. Daşkəsən rayonunda da bu ənənə uğurla davam etdirilir.

  • ELAN

    ELAN

    2016-08-03

    Əziz daşkəsənlilər! 30 avqust 2016-cı il tarixində Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Daşkəsən şəhərində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Daşkəsən, Samux, Göygöl, Kəlbəcər rayonlarının və Gəncə şəhərinin sakinləri iştirak edə bilərlər. Vətəndaşların diqqətinə çatdırırıq ki, qaldırdıqları məsələlər qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmalıdır.

  • Daşkəsən rayonu 2016-cı ilin I yarımilini uğ...

    Daşkəsən rayonu 2016-cı ilin I yarımilini uğurlu nailiyyətlərlə başa vurdu

    2016-07-21

    21 iyul 2016-cı il tarixdə Daşkəsən rayonunda 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir.

  • Daşkəsəndə qanvermə aksiyası keçirildi

    Daşkəsəndə qanvermə aksiyası keçirildi

    2016-07-18

    18 iyul 2016-cı il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirildi.

  • Könüllülər Parlamenti Daşkəsəndə öz işin...

    Könüllülər Parlamenti Daşkəsəndə öz işinə başladı

    2016-07-08

    07 iyul 2016-cı il tarixlərdə Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən Gənclərin təlim və istirahət mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Şurasının maliyyə dəstəyi, “ASAN könüllüləri” gənclər təşkilatının təşkilatı dəstəyi ilə “Könüllülər Parlamenti Azərbaycan” layihəsinin açılış mərasimi keçirildi.

əvvəlki [2] növbəti