Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda ümumtəhsil məktəbliləri arasında stolüstü tennis idman növü üzrə rayon birinciliyi keçirilmişdir.

22 sentyabr 2016 | 16:00

19-20 sentyabr 2016-cı il tarixlərdə Daşkəsən rayon Uşaq Gənclər İdman Məktəbində “21 sentyabr Beynəlxalq Sülh günü” münasibətilə ümumtəhsil məktəbliləri  arasında stolüstü tennis idman növü üzrə rayon birinciliyi keçirilmişdir. Yarışın məqsədi “21 sentyabr Beynəlxalq Sülh günü”nün qeyd olunması, rayonda idmanın kütləviliyinin təmin olunması və bu idman növünün inkişaf etdirilməsi olmuşdur. Yarışda 32 nəfər idmançı iştirak etmişdir. Gərgin keçən mübarizədən sonra İ.Nəsimi adına 1 saylı tam orta məktəbin şagirdləri Əlizadə Bəhruz Hafiz oğlu I yerə, Məmmədov Elşən Nizami oğlu II yerə, Hüseynov Məhərrəm Rövşən oğlu III yerə layiq görülmüşdür.
Qalib idmançılar rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və medalla təltif olunmuşdur.

Keçidlər