Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

YAP Daşkəsən rayon təşkilatının idarə heyətinin iclası keçirildi

05 iyul 2016 | 16:00

05 iyul 2016-cı il tarixdə YAP Daşkəsən rayon təşkilatının idarə heyətinin iclası keçirilmişdir. YAP Daşkəsən rayon təşkilatının iclas zalında baş tutmuş yığıncaqda idarə heyətinin üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, fəal partiya üzvləri iştirak etdilər.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev rayon təşkilatının bu il qarşısında duran vəzifələrin həyata keçirilməsi, YAP sıralarına qəbul, ilk partiya təşkilatlarının fəaliyyəti, partiyanın rayonda keçirəcəyi tədbirlər və digər məsələlər barədə də danışmışdır. Həmçinin rayon ərazisində həyata keçiriləcək uğurlu layihələrdən, bütün tikinti, təmir və yenidənqurma işlərində və eləcə də keçirilən tədbirlərdə, həmçinin rayonun ictimai – siyasi həyatında YAP Daşkəsən rayon təşkilatının yaxından iştirak edərək öz töhfəsini verdiyini qeyd etmişdir. YAP Daşkəsən rayon təşkilatının sıraları günbəgün artmaqdadır.
Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.
Yığıncaqda ƏSMM ərazi ilk partiya təşkilatının sədr müavini, Qaraqullar və Telekommunikasiya Qovşağı  ərazi ilk partiya təşkilatının sədri çıxış etmiş, ötən müddət ərzindəki fəaliyyətləri barədə yığıncaq iştirakçılarına məlumat vermişlər.

Keçidlər