Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Ümummilli lider Heydər Əliyevin 93 illik yubileyinə həsr olunmuş ümumtəhsil məktəbliləri arasında mini futbol üzrə rayon birinciliyi keçirilmişdir

15 may 2016 | 16:00

10-15 may 2016-ci il tarixlərdə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin mini futbol meydançasında Ümummilli lider Heydər Əliyevin 93 illik yubileyinə həsr olunmuş ümumtəhsil məktəbliləri arasında mini futbol üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə məqsəd Ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, Müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda Heydər Əliyev yaradıcılığının təbliği, rayonda idmanın kütləviliyinin təmin olunması və bu idman növünün inkişaf etdirilməsi olmuşdur. Yarışda 10 komanda olmaqla 92 nəfər iştirak etmişdir. Gərgin keçən mübarizədən sonra I yerə İ.Nəsimi adına 1 saylı tam orta məktəbin komandası, II yerə S.Vurğun adına 4 saylı tam orta məktəbin komandası, III yerə isə A.Mürsəlov adına 2 tam orta məktəbin komandası layiq görülmüşlər.  Qalib komandalar Daşkəsən rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və kubokla təltif olunmuşdur.

Keçidlər