Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Şəhid övladları və qazilər üçün bayram tədbiri təşkil edilib

28 dekabr 2021 | 16:00

Dekabrın  28-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə rayonun şəhid övladları və qaziləri üçün bayram şənliyi keçirilib.
Daşkəsən rayon Heydər Əliyev mərkəzində keçirilən 30 nəfərədək fidanın qatıldığı bayram şənliyində rayon İcra hakimiyyəti başçısının müavini Namiq Süleymanov, şəhid ailələri, qazilər və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Namiq Süleymanov  44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından söz açıb, rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin adından təbriklərini çatdırıb, şəhid ailələrinin, o cümlədən qazilərin hər zaman diqqətdə saxlanıldığını, dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulayıb.
Bayram şənliyində uşaqlar üçün əyləncəli oyunlar təşkil edilib, Yeni ilin rəmzi olan Şaxta baba onlara hədiyyələr paylayıb.

Elmar Əliyev - Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini

 

Keçidlər