Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Vətən Müharibəsi şəhidi çavuş Elşən Quliyevin doğum günü qeyd olunub

21 dekabr 2021 | 16:00

Dekabrın 21-də Vətən Müharibəsi şəhidi çavuş Quliyev Elşən Natiq oğlunun ad günü Daşkəsən Şəhidlər Xiyabanında keçirilib. Daşkəsən rayon İcra hakimiyyətinin işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, Şəhidin ailə üzvləri, şəhid valideynləri, qazilər, hərbçilər və ictimaiyyət nümayəndələri Şəhidin məzarını ziyarət edib, gül-çiçək düzüb və dualar oxuyublar. 
  Daşkəsən rayon İcra hakimiyyəti başçısının müavini Namiq Süleymanov şəhidin ailəsinə və yaxınlarına Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin adından bir daha da başsağlığı verib, şəhid Elşən Quliyevin həyat və döyüş yolundan danışıb. Bildirib ki, Vətən Müharibəsi şəhidi çavuş Quliyev Elşən Natiq oğlu 1992-ci il dekabrın 21-də Daşkəsən şəhərində doğulub. Çavuş Elşən Quliyev Vətən Müharibəsində şəxsi igidlik və şücaət göstərib. O, Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlər zamanı Murovdağ istiqamətində müqəddəs şəhidlik zirvəsinə ucalıb və dekabrın 12-də Daşkəsən Şəhidlər Xiyabanında dəfn edilib. Prezident cənab İlham Əliyevin sərəncamları ilə şəhid Elşən Quliyev “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin anası Səyyarə Quliyeva ailəsinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər