Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ ŞƏHİD GENERAL POLAD HƏŞİMOVUN XATİRƏSİNƏ ƏBƏDİLƏŞDİRİLƏN BULAQLARI ŞƏHİDİN ANASI SƏMAYƏ XANIM HƏŞİMOVA ZİYARƏT EDİB, ŞƏHİD ANALARI VƏ QAZİLƏRLƏ GÖRÜŞÜB

20 noyabr 2021 | 16:00

Noyabrın 20-də Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanım Həşimova Daşkəsənə gəlib. Onu Daşkəsən rayon İcra hakimiyyətinin məsul əməkdaşı Elmar Əliyev, tanınmış aparıcı Lalə Azərtaş, rayonun şəhid anaları, qazilər və sakinlər müşayiət ediblər.
Səmayə xanım Həşimova əvvəlcə Yuxarı Daşkəsən qəsəbəsində tikilən bulağı ziyarət edib, Polad Həşimovun əsgəri olmuş Vətən Müharibəsi şəhidi Ramid Tağıyevin anası Zərniyar Tağıyeva ilə söhbət edib.
Daha sonra Səmayə xanım Daşkəsənin Xoşbulaq kəndində şəhid general Polad Həşimovun 6 il yaşadığı evdə olub və Xoşbulaq kəndində inşa edilən bulağı ziyarət edib, şəhid anaları və qazilərlə görüşüb.

Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini

 

Keçidlər