Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Şəhid Orxan Bəxtiyarovun doğum günü məzarı yanında qeyd olunub

13 sentyabr 2021 | 16:00

Sentyabrın 13-də Vətən müharibəsi şəhidi Bəxtiyarov Orxan Sərvər oğlunun doğum günü Daşkəsən rayon Şəhidlər xiyabanında şəhidin məzarı yanında qeyd olunub.
Anım günüdə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, SHXÇDX-nin rayon bölməsinin rəisi Mirqasım Abbasov, DTX-nın rayon şöbəsinin rəisi Natiq Musayev, rayon Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, şəhidin ailə üzvləri, rayonun şəhid anaları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidin məzarına gül dəstələri düzülüb, torpaqlarımızın azadlığı uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev şəhidin ailəsinə baş sağlığı verərək nitq söyləyib.
O deyib:
- Möhtərəm Prezident, Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin vaxtında həllinə nail olunması təşkil edir. Daşkəsəndə də şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsi yüksək səviyyədə təşkil olunur.
Həmin ənənənin davamı olaraq  bu gün daşkəsənli şəhid əsgər Bəxtiyarov Orxan Sərvət oğlunun doğum günü münasibətilə onun məzarı başına toplaşmışıq.
Bildiyiniz kimi ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində  möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında yenilməz Ordumuz torpaqlarımızı erməni işğalından azad etdi, qalib Azərbaycan xalqı öz vətənpərvərliyini, əzmini bütün dünyaya tam aydınlığı ilə göstərdi.
Bu gün Daşksəndə 30 yaşını qeyd etdiyimiz Orxan Bəxtiyarov  1991-ci il sentyabrın 13-də Daşkəsən şəhərində anadan olub. Onun iki azyaşlı övladı yadigar qalıb.
Azərbaycan Ordusunun əsgəri Orxan Bəxtiyarov Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 7-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub.
Şəhidimiz Orxan Bəxtiyarov göstərdiyi igidliyə və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə  Prezident cənab İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Daha sonra şəhidimizin təhsil aldığı Daşkəsən şəhər 1 saylı İ. Nəsimi adına tam orta məktəbin şagirdləri şəhidlərə həsr edilmiş vətənpərvər şeirlər oxuyublar.
Şəhidin anası Bəxtiyarova Gülbəs Həsənqulu qızı ailəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Orxan Bəxtiyarovun əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.


Elmar Əliyev
Daşkəsən RİHB-nin İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

 

 

 

 

Keçidlər