Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Ölkəmiz möcüzələr yaradaraq dünyanı təəccübləndirir

23 avqust 2021 | 16:00

Azərbaycan öz yüksəlişi ilə dünyanı təəccübləndirməyi bacarır. Parlaq uğurlara diqqət və heyrət cəlb edir. Bu təcrübənin öyrənilməsinə, başqa ölkələrdə, cəmiyyətlərdə də unikal addımların tətbiqinə meyil yaradır. Bunlar dünyanın inkişafının hərəkətverici qüvvələrindən birinə çevrilmək, tərəqqinin mərkəzində olmaq deməkdir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasət çoxlarının xəyal etmədiklərini belə gerçəkliyə çevirir. Bizim ən böyük uğurumuz ondadır ki, özümüzü novatorluğa, dəyişikliklərə vaxtında hazırlaya bilmişik. Dövlət başçısı yürütdüyü məqsədyönlü siyasət sayəsində respublikamız dünyanın dəyişən meyillərini gecikmədən, vaxtında qarşılayır. Ona görə də bu gün Azərbaycan bir çox dövlətlərdən fərqli olaraq qlobal dəyişikliklərin kənar seyrçisi deyil, həmin dəyişiklikləri yaradanlardandır. İnkişaf proseslərini irəli aparanlardandır. Onu yeni mütərəqqi təcrübələrlə zənginləşdirənlərdəndir. Ortaya qoyduğu parlaq nümunələrlə başqaları üçün də model təqdim edənlərdəndir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Laçın və Kəlbəcər rayonlarına səfəri zamanı Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra indiki mərhələdə qarşıda duran əsas vəzifələri, hədəfləri açıqladı. Bunlar Vətən müharibəsinin nəticələrinin daha da möhkəmləndirilməsi, Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizin gücləndirilməsi, azad edilmiş torpaqlarımızda quruculuq, bərpa işlərinin aparılması, keçmiş məcburi köçkünlərimizin dədə-baba yurdlarımıza qayıdışının həyata keçirilməsidir.
Prezident cənab İlham Əliyevin ölkənin birinci xanımı Mehriban Əliyeva ilə birgə Laçın və Kəlbəcər rayonlarına səfərləri də elə bu məqsədlərə xidmət edir.

Keçidlər