Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ QURBAN BAYRAMI ƏRƏFƏSİNDƏ ŞƏHİD AİLƏLƏRİ ZİYARƏT EDİLİB, ONLARA BAYRAM SOVQATI PAYLANILIB

16 iyul 2021 | 16:00

İyulun 15-16-da Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş döyüşçülərin ailələri ziyarət olunub.
Şəhidlərin ailə üzvləri Qurban bayramı münasibətilə təbrik edilib, onlara ərzaq bağlaması verilib.
Görüşlərdə bildirilib ki, ölkəmizdə son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı yüksək səviyyədədir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq göstərişlərinə əsasən aidiyyəti dövlət qurumları bu kateqoriyadan olan insanların qayğıları ilə mütəmadi olaraq yaxından maraqlanırlar. Dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı bütün ölkə ictiaiyyəti tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyaraq şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilib.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdiri müavini

 

Keçidlər