Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ “KAPİTAL BANK”IN GƏNCƏ FİLİALININ MÜDİRİ TƏLTİF OLUNUB

17 iyun 2021 | 16:00

İyunun 5-də Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günündə “Kapital Bank” Daşkəsən rayon İcra hakimiyyəti ilə birgə qarşıdan yay fəslinin gəlməsini, həmçinin ölkə ərazisində xüsusi karantin rejiminin yumşalmasını nəzərə alaraq, Daşkəsən rayonunun Xoşbulaq kəndində “Təbiət evimizdir. Evimizi təmiz saxlayaq!” şüarı altında təmizlik aksiyası keçirmişdir. Aksiya çərçivəsində qeyd olunan ərazidə böyük və orta ölçülü olmaqla ümumilikdə 50-dək məişət tullantısı konteynerləri və qutuları yerləşdirilmişdir.  Eləcə də Daşkəsən şəhər Kommunal müəssələri kombinatının dəstəyi ilə istirahət mövsümündə mütəmadi olaraq ərazidə müvafiq təmizlik işlərinin aparılması davam etdiriləcəkdir.
İyunun 17-də sözügedən layihənin ərsəyə gəlməsində təşəbbüskar fəaliyyətinə, eləcə də Daşkəsən rayonunun sosial-iqtisadi həyatında fəal iştirakına görə “Kapital Bank”ın Gəncə filialının müdiri Paşayev Vüqar Yavər oğlu Daşkəsən rayon İcra hakimiyyətinin Fəxri fərmanı ilə təltif olunub. Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev Fəxri fərmanı Vüqar Paşayevə təqdim edib.
Bildirək ki, yaxın gələcəkdə “Kapital Bank”ın Daşkəsən rayon İcra hakimiyyəti ilə birgə rayonun başqa yaşayış məntəqələrində də müxtəlif sosialyönümlü layihələr həyata keçirməsi nəzərdə tutulub.

Elmar Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini

Keçidlər