Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Dövlət başçısı: “Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir”

18 noyabr 2020 | 16:00

“Biz Füzuliyə qayıtmışıq, Füzulidə Azərbaycan bayrağı dalğalanır. Amma yol boyu dağıdılmış kəndləri, şəhəri görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar”.Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən, Füzuli və Cəbrayıl şəhərlərinə səfəri çərçivəsində çıxışı zamanı deyib.

İlham Əliyev deyib ki, Füzulidə bütün infrastruktur, yaşayış binaları dağıdılıb:

“Bir dənə belə olsun salamat bina qoymayıblar. Bütün dünya erməni vəhşiliyinin nə demək olduğunu görməlidir. Təkcə Füzuli yox, başqa şəhərlərimiz də bu gündədir. Ağdam şəhəri, başqa şəhərlər də elə bir gündədir ki, sanki vəhşi qəbilə keçib bu torpaqlardan.

Hər şeyi dağıdıb, talan ediblər. Bizim mədəni-tarixi irsimizi silmək istəyiblər. Amma buna nail ola bilmədilər. Çünki biz geri qayıtdıq. Onları öz torpaqlarımızdan qovduq. Necə ki, əsrlər boyu biz yaşamışıq bu torpaqlarda, bundan sonra da biz yaşayacağıq. Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir”.

Keçidlər