Home Contact Phone
background
  • Ünvan: AZ-1600, Daşkəsən rayonu ,Daşkəsən şəhəri Heydər Əliyev meydanı 2
  • Faks: (+994 22) 215-59-79
  • E-mail: mail@dashkesen-ih.gov.az

Xəbərlər

  • Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçıs...

    Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı yanında Şuranın növbəti iclası keçirilib

    2021-04-20

    Karantin qaydalarına riayət etməklə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı yanında Şuranın növbəti iclası keçirilib. Şura iclasını giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev öncə tədbir iştirakçılarını salamlayıb və iclasın koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və tapşırıqlarına uyğun olaraq məhdud çərçivədə keçirildiyini, yalnız aidiyyəti üzrə məsul işçilərin iştirak etdiyini bildirib.

  • Sistemli islahatlar, möhtəşəm uğurlar və Qə...

    Sistemli islahatlar, möhtəşəm uğurlar və Qələbə dövrü

    2021-04-19

    Cənab İlham Əliyevin növbəti müddətə prezidentlik fəaliyyətinə başlamasından 3 il ötür. 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində Azərbaycan özünün düzgün və müdrik seçimini edərək cənab İlham Əliyevə etimad göstərdi. Bu gün isə İlham Əliyevin vətənə, xalqa və dövlətə sədaqət andı içərək növbəti müddətə prezidentlik fəaliyyətinə başlamasının üçüncü ili tamam olur.

  • Cənab İlham Əliyev Bakıda Hərbi Qənimətlər...

    Cənab İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

    2021-04-12

    Dövlətimizin başçısına parkda nümayiş etdirilən hərbi texnikalar barədə məlumat verildi.

  • Ümumxalq sevgisinin təcəssümü

    Ümumxalq sevgisinin təcəssümü

    2021-04-11

    Üç il öncə növbəti dəfə xalqın mütləq əksəriyyətinin etimadını qazanan İlham Əliyev Azərbaycanın xilaskar və alternativsiz lideri olduğunu bir daha təsdiqlədi

  • Ümumdünya Səhiyyə Təşkilatı  İlham Əliyev...

    Ümumdünya Səhiyyə Təşkilatı İlham Əliyevin liderliyini alqışlayır

    2021-04-08

    Koronavirusa qarşı mübarizədə Azərbaycan təcrübəsi dünya miqyasında ən mükəmməl modellərdən biri kimi qəbul olunur Qlobal pandemiyanın ikinci ili dünyada səhiyyə sistemlərinə böyük təzyiq göstərməkdə davam edir. Genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, vəziyyəti sabitləşdirmək hələ ki mümkün deyil.

  • Azərbaycan regionun aparıcı siyasi və iqtisadi...

    Azərbaycan regionun aparıcı siyasi və iqtisadi gücüdür

    2021-04-07

    Cənab İlham Əliyevin yeni inkişaf strategiyası respublikamızın Cənubi Qafqazın lideri kimi mövqeyini daha da möhkəmləndirəcək.

  • Yaponiyanın ölkəmizdəki səfiri Daşkəsən ra...

    Yaponiyanın ölkəmizdəki səfiri Daşkəsən rayonundakı filiz yataqlarında olub

    2021-04-06

    Aprelin 6-da Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada Daşkəsən rayonuna səfər edib. Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev səfir Cuniçi Vada ilə görüşüb. Əhəd Abıyev qonağı salamlayaraq, Yaponiyalı diplomata rayon ərazisində olan zəngin filiz yataqları, həmin yataqların mövcud istismar vəziyyəti, eləcə də, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq rayonda aparılan geniş abadlıq və yenidənqurma işləri barədə ətraflı məlumat verib.

  • Martın 31-i Azərbaycanın tarixində unudulmaz b...

    Martın 31-i Azərbaycanın tarixində unudulmaz bir gündür

    2021-03-31

    Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz. 31 mart ikinci günlərdən idi.

  • Cənab İlham Əliyev Bakıda 4 saylı DOST mərk...

    Cənab İlham Əliyev Bakıda 4 saylı DOST mərkəzinin açılışında iştirak edib

    2021-03-30

    Martın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən 4 saylı DOST Mərkəzinin açılışı olub.

  • BAŞLANĞICA QAYIDIŞIN TƏNTƏNƏSİ

    BAŞLANĞICA QAYIDIŞIN TƏNTƏNƏSİ

    2021-03-28

    Cənab İlham Əliyev ulularımızın məskəni Azıx mağarasına gedərək bu torpaqların əzəli sahiblərinin möhtəşəm dönüşünü bir daha dünyaya çatdırdı. Azərbaycanın möcüzəvi təbiətinin yaratdığı şah əsərlərdən, təbii memarlıq abidələrindən biridir Azıx mağarası... Xalqımızın doğuluş və yaşam izlərini özündə daşıyan bu təbiət incisi Qarabağın ən mənzərəli və səfalı guşələrindən birində, Xocavənd rayonunun Azıx kəndində qüdrətdən var olub...

  • Milli ruhumuzu yaşadan bayram

    Milli ruhumuzu yaşadan bayram

    2021-03-20

    “İrəlidə bizi işğaldan azad olunmuş yurd yerlərimizdə nəhəng quruculuq işləri gözləyir. İnanıram ki, yaz fəslinin qurub-yaratmaq əzmimizi artıran yeniləşdirici ab-havası ilə həmahəng birlik və həmrəylik nümayiş etdirəcək, böyük qayıdış planımızı sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirəcək, doğma Qarabağı qısa müddətdə dirçəldəcəyik.

  • DAŞKƏSƏN RAYON AĞSAQQALLAR ŞURASININ KONFRANS...

    DAŞKƏSƏN RAYON AĞSAQQALLAR ŞURASININ KONFRANSI KEÇİRİLİB

    2021-03-19

    Martın 18-də Daşkəsəndə rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfransda Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Şuranın mətbuat katibi Rafiq Rzayev və rayon Ağsaqqallar Şurasının üzvləri iştirak ediblər.

  • DAŞKƏSƏNDƏ NOVRUZ BAYRAMI ƏRƏFƏSİNDƏ ŞƏ...

    DAŞKƏSƏNDƏ NOVRUZ BAYRAMI ƏRƏFƏSİNDƏ ŞƏHİD AİLƏLƏRİ ZİYARƏT EDİLİB, ONLARA BAYRAM SOVQATI PAYLANILIB

    2021-03-19

    Martın 18-19-da Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş döyüşçülərin ailələri ziyarət olunub. Şəhidlərin ailə üzvləri Novruz bayramı münasibətilə təbrik edilib, onlara bayram sovqatları verilib.

  • DAŞKƏSƏNDƏ HƏRBİ HİSSƏDƏ NOVRUZ BAYRAMI Q...

    DAŞKƏSƏNDƏ HƏRBİ HİSSƏDƏ NOVRUZ BAYRAMI QEYD OLUNUB

    2021-03-17

    Martın 17-də Daşkəsən rayonu ərazisində yerləşən yeni tikilmiş ən müasir tipli “N” saylı hərbi hissədə əsgər və zabitlərlə birgə Novruz bayramı qeyd olunub. Tədbirdə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, Respublika Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Firat Əliyev, Hərbi Prokurorluğun əməkdaşı Nihat Şıxəliyev, Gəncə hərbi prokuroru Əmrah Mehtiyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

  • Azərbaycan Respublikasının Prezidenti cənab İ...

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarına səfər ediblər.

    2021-03-16

    Səfər zamanı Prezident və Birinci vitse-prezident Xocavənd rayonunun Edilli kəndində və keçmiş Hadrut rayonunun Düdükçü kəndlərində də olublar.

  • Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlar...

    Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları şəhid ailələrinə bayram sovqatı paylayıb

    2021-03-16

    Novruz bayramı ərəfəsində Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində Daşkəsən rayonundan şəhid olanların ailələrini ziyarət edərək, onların problemləri ilə maraqlanıblar. Polis işçiləri şəhid ailələrinə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları paylayıb, Novruz bayramı münasibətilə onları təbrik ediblər.

  • NOVRUZ  BAYRAMI ŞƏNLİKLƏRİNDƏ YANĞIN   TƏH...

    NOVRUZ BAYRAMI ŞƏNLİKLƏRİNDƏ YANĞIN TƏHLÜKƏSİZLİYİ TƏDBİRLƏRİ

    2021-03-12

    Yurdumuza bahar gəlir – həmişə sevinclə, səbirsizliklə gözlədiyimiz bahar. Xalqımız həmişə olduğu kimi milli adət-ənənələrimizə uyğun olaraq baharın gəlişini - Novruz bayramını hər yerdə xoş ovqatla, çal-çağırla qarşılayır. İqtisadiyyatının gündən-günə inkişaf etdiyi müstəqil Azərbaycan Respublikasının bütün şəhər və kəndləri bu gün bir-birindən rəngarəng bayram tədbirləri ilə Novruzu qeyd etməyə hazırlaşır.

  • Daşkəsən Dəmir Filiz” MMC və ADNSU arasınd...

    Daşkəsən Dəmir Filiz” MMC və ADNSU arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

    2021-03-10

    Martın 10-da “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ilk törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” MMC ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında əməkdaşlıq memorandumu imzalanıb.

  • Yeni Azərbaycan Partiyasının hər bir qurultay...

    Yeni Azərbaycan Partiyasının hər bir qurultayı respublikamızın siyasi-ictimai həyatında böyük hadisə kimi yadda qalır.

    2021-03-09

    Yeni Azərbaycan Partiyasının hər bir qurultayı respublikamızın siyasi-ictimai həyatında böyük hadisə kimi yadda qalır. Bu da təsadüfi deyil. Çünki 29 il əvvəl Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib. 1993-cü ildə Heydər Əliyevin xalqımızın istək və tələbi ilə hakimiyyətə gəlişindən sonra hakim siyasi partiya statusunu alan YAP daim ona göstərilən etimadı doğruldub, hər zaman siyasi proseslərin önündə olub, öz fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə layiqli töhfələr verib.

  • DAŞKƏSƏNDƏ BEYNƏLXALQ QADINLAR GÜNÜ QEYD OL...

    DAŞKƏSƏNDƏ BEYNƏLXALQ QADINLAR GÜNÜ QEYD OLUNMUŞDUR

    2021-03-05

    Martın 5-də Daşkəsən rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.

  • Prezident İlham Əliyev və birinci xanım Mehrib...

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər

    2021-03-02

    Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər.

  • Prezident 35 media qurumunun 50-dək sualını cav...

    Prezident 35 media qurumunun 50-dək sualını cavablandırıb

    2021-03-01

    Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı 4 saatdan çox davam edib.

  • DAŞKƏSƏNDƏ 1 MART – ÜMUMDÜNYA MÜLKİ MÜD...

    DAŞKƏSƏNDƏ 1 MART – ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜ QEYD OLUNUB

    2021-03-01

    Martın 1-də Daşkəsən rayon İcra hakimiyyəti “AzerGold” QSC ilə birgə Çovdar filiz emalı sahəsində Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda tədbir keçirib. Əhalinin yarana biləcək fövqəladə hallara hazır olması məqsədi daşıyan tədbirdə Daşkəsən rayon fövqəladə hallar komissiyasının sədr müavini Elmar Əliyev, RİH-nin əməkdaşları, “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov, Qızıl Aypara Cəmiyyətinin rayon nümayəndəsi Vasif Hüseynov iştirak ediblər.

  • Hörmətli vətəndaşlar!

    Hörmətli vətəndaşlar!

    2021-03-01

    Daşkəsən rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə müraciətlərinizi elektron qaydada ünvanlaya bilməniz üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən yaradılmış https://birpencere.arxkom.gov.az/ saytının köməyi ilə edə bilərsiniz.

  • Bu dərdin adı Xocalı...

    Bu dərdin adı Xocalı...

    2021-02-26

    Vətən candan əzizdir 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə şəhəri mühasirəyə aldılar. Xocalıya ən müasir silahlarla hücum çəkərək yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı. Xocalıda olan özünümüdafiə qüvvələri son nəfərinə qədər vuruşaraq düşmənə çox ciddi müqavimət göstərdilər. Ancaq qüvvələr nisbəti qeyri-bərabər idi. Erməni silahlıları mülki əhaliyə və özünümüdafiə dəstəsinə qarşı misli görünməmiş qəddarlıqlar etdilər. Onları xüsusi amansızlıqla qətlə yetirdilər.