Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Yaralı hərbi qulluqçu Alıyev Ülfət Novruz oğlu yaşadığı evdə ziyarət olunmuşdur.

04 oktyabr 2023 | 16:24

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov, Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, RİHBA-da Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəxri Həsənov, Daşkəsən şəhər İƏDÜ nümayəndəsi Zaur Məmmədov  1 sentyabr 2023-cü il tarixində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sının tətbiq edilməsi nəticəsində yaralanmış Daşkəsən şəhər sakini, müddətdən artıq xidmət edən hərbi qulluqçu Alıyev Ülfət Novruz oğlunu yaşadığı evdə ziyarət etmişlər. 

Ziyarət zamanı V.Məmmədov hərbi qulluqçumuzun ailə üzvlərinin qayğıları ilə maraqlanmış, onları narahat edən məsələlərin qısa müddət ərzində həll edilməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyəsi ilə şəhid ailələrinin hər zaman diqqətdə saxlanıldığını, yaralı əsgərlərin sağalması və normal həyata qayıtması üçün müvafiq köməkliklər edildiyini qeyd etmişdir.

Yaralı hərbi qulluqçu Alıyev Ülfət Novruz oğlunun ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər