Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Suqovuşan kənd sakinlərinin problemləri ilə yerində tanış olmaq məqsədilə görüş keçirilib.

13 sentyabr 2023 | 14:14

Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov  sakinləri narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə hər həftə rayonun müxtəlif qəsəbə və kəndlərində səyyar görüşlər keçirir.

Növbəti səyyar qəbul Suqovuşan kənd sakinləri ilə keçirildi.

V.Məmmədov sakinlərə Daşkəsən rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən sosial infrastruktur layihələri barədə ətraflı məlumat verib. Bildirib ki, möhtərəm Prezident cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və sosial sahədə ildən-ilə geniş miqyas alan islahatlar, rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımlar, əldə olunan böyük sosial uğurlar da bunu bir daha təsdiq edir. Bu istiqamətdə Daşkəsən rayonunda həyata keçirilən tədbirlər də əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər davamlı olacaq.

Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə edilib, onların arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.

Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

Keçidlər