Rayon İcra Hakimiyyətində vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
27 oktyabr 2023 | 15:26
Daşkəsən Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşlar qəbul edilir, onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır. Qəbullarda Rayon İcra Hakimiyyətinin və rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların məsul işçiləri iştirak edirlər.
Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlərin bəziləri yerində öz həllini tapır. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilir. Keçirilən bütün qəbullarda vətəndaş məmnunluğu təmin edilir.