Pirverdillər kəndində səyyar qəbul keçirilib
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov noyabrın 1-də Pirverdilər kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
V.Məmmədov səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Sakinlər kənd ərazisindəki su keçidinin təmiri, elektrik dayaqlarının dəyişdirilməsi və elektrikverici xətlərin yenilənməsi, yeni transformatorun quraşdırılması və yerinin dəyişdirilməsi, qaz xəttinin çəkilməsi, işlə təmin olunma, çay yatağının məcrasının dəyişdirilməsi barədə müraciətlər ediblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.