Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Millət vəkili Kamran Bayramov Daşkəsəndə şəhid ailələri ilə görüşüb və sakinləri qəbul edib.

25 sentyabr 2023 | 17:31

25 sentyabr 2023-cü il tarixdə Milli Məclisin deputatı Kamran Bayramov Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhid ailələri ilə görüşüb. Görüşdə onların qayğıları ilə maraqlanıb, müraciətlərini dinləyib.

Daha sonra millət vəkili Kamran Bayramov Daşkəsən şəhərində vətəndaşları qəbul edib, seçiciləri ilə görüşüb. Sakinlər müxtəlif mövzularda müraciət və təkliflər ünvanlayıblar. Kamran Bayramov müraciətlərlə bağlı qanunvericiliyə uyğun olaraq aidiyyəti qurumlara yazılı müraciət olunacağını və icrasının nəzarətdə saxlanılacağını  bildirib.

 

Keçidlər