Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Daşkəsən rayonunda vətəndaşları qəbul edib
30 avqust 2023 | 09:08
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli avqustun 30-da Daşkəsən rayonunda həmin rayonun və Samux rayonunun sakinlərini qəbul edib.
Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.
V.Nəsirli onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.