Dövlət qulluğunda rəhbər vəzifəli şəxslərin idarəetmə sahəsində peşəkar inkişafının təmin edilməsi, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı təlim keçirilmişdir.
Daşkəsən rayon İcra Hakimiyyətində dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün idarəetmə sahəsində peşəkar inkişafının təmin edilməsi, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı təlim keçirilmişdir. Təlim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”na əsasən təşkil olunub.
Təlim zamanı Daşkəsən rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbələrinin müdiri Sahib Əhmədov “Dövlət idarəçiliyində Heydər Əliyevin kadr siyasəti” mövzusunda çıxış edib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan uğurlardan danışılıb.Yüksək səviyyəli mütəxəssis hazırlığı, ayrı-ayrı mərkəzi və yerli icra hakimiyyəti orqanları əməkdaşlarının ixtisaslarının artırılması, peşə bacarıqlarının təkmilləşdirilməsi üçün atılan addımlara toxunulmuşdur.Tədbirdə yerli icra hakimiyyətləri ilə sıx əməkdaşlığın qurulması, ixtisasartırma kurslarının təşkilinin müəyyənləşdirilmiş strategiyaya uyğun olaraq səmərəli nəticələr verəcəyinə əminliyini vurğulayıb.
Təlimdə Dövlət İdarəçilik Akademiyası tərəfindən təşkil edilmiş ixtisasartırma kurslarında əldə edilmiş biliklər əsasında “İnsan resurslarının idarə edilməsində rollar”, “İş fəaliyyətinin idarə olunması və qiymətləndirilməsi”, “İnsan resurslarının idarə edilməsində liderlik bacarıqları” “Təşkilat daxilində insan kapitalının inkişafı üçün zəruri mühitin yaradılması”, “Mükafatlandırmanın idarə edilməsi”mövzularında, dövlət strukturlarında iş fəaliyyətinin idarə olunma prosesini və bu sahədə nümunəvi idarəetmə sisteminin prinsiplərinə dair bilikləri iştirakçılarla bölüşüb.
Mühazirəçi liderin güclü tərəfləri, funksiyaları, uğurlu komandalar yaratmaq üçün konstruktor bloklardan istifadənin önəmi haqqında iştirakçıları məlumatlandırıb.