Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNİN ÜMUMİ TƏHSİL MÜƏSSİSLƏRİNDƏ FİZİKİ AKTİVLİK TƏDBİRLƏRİNİN KEÇİRİLMƏSİ MÜTƏMADİ OLARAQ DAVAM ETDİRİLİR

28 fevral 2023 | 15:50

Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2015-ci il tarixli 1645 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın 9.2.1-ci bəndi rəhbər tutularaq Daşkəsən rayonun ümumi təhsil müəssisələrində fiziki aktivliyin təbliği ilə bağlı tədbirlər gündəlik yerinə yetirilir.

Belə ki, Daşkəsən Rayon İcra Hakimiyyəti əlaqədar qurumlarla birgə rayonda məktəblilər arasında fiziki aktivlik səviyyəsinin artırılmasını, eləcə də yeniyetmə və gənclərin, həmçinin valideynlərin sağlam həyat tərzi, fiziki aktivlik sahəsində məlumatlandırılmasını daim diqqət mərkəzində saxlayır. Bunun üçün idmanın müxtəlif növləri üzrə yarışlar, “Şahin” hərbi-idman oyunları, müsabiqələr keçirilir və qeyri-infeksion xəstəliklərə qarşı “Fiziki aktivliyin orqanizm üçün əhəmiyyəti”, “Uşaqlarda piylənmə”, “Məktəblilərin rasional qidalanması” və sair mövzularda maarifləndirmə işləri aparır.

Rayonun ümumtəhsil məktəblərində hər gün səhər toplantılarında fiziki tərbiyə müəllimlərinin rəhbərliyi altında şagirdlərin səhər gimnastikası ilə məşğul olması isə artıq ənənə halını almışdır. Müşahidələr göstərir ki, mütəmadi fiziki fəaliyyətlə məşğul olmaq şagirdlərin gümrahlığını, sağlam sümük quruluşuna sahib şəkildə böyümələrini təmin edir, habelə fiziki sağlamlığı yerində olan uşaqlar məktəbə daha sıx gəlir və dərslərinə daha yaxşı diqqət ayıra bilirlər.

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

 

Keçidlər