DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV MUŞAVAQ KƏNDİNDƏ SƏYYAR QƏBUL KEÇİRİB
İyulun 11-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Muşavaq kəndində keçirilən səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
İcra başçısı Əhəd Abıyev giriş nitqində vurğulayıb: “Hazırda dünyada gedən proseslərin mürəkkəb və gərgin olmasına baxmayaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik idarəçiliyi sayəsində iqtisadi gücünü ildən-ilə artıran ölkəmizdə möhkəm və sarsılmaz sabitlik hökm sürür. Prezident cənab İlham Əliyevin uğurlu rəhbərliyinin, qətiyyətinin və malik olduğu yüksək liderlik keyfiyyətlərinin ən böyük göstəricisi isə torpaqlarımızın işğaldan azad edilməsidir. Prezident cənab İlham Əliyev qurucu lider olmaqla yanaşı, həm də son beş əsrdə ilk dəfə olaraq torpaqlarımızı işğaldan azad edən milli qəhrəmanımız kimi böyük sərkərdədir. Bu gün Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, keçmiş məcburi köçkünlər öz evlərinə qayıdırlar. Bütün bunların müəllifi olan Müzəffər Ali Baş Komandan, Prezidentimiz cənab İlham Əliyev həm də Ulu Öndər Heydər Əliyevin arzularını reallığa çevirir”.
İcra başçısı Əhəd Abıyev çıxışında həmçinin Daşkəsən rayonunda həyata keçirilən layihələr, görülən işlər, eləcə də qarşıda duran vəzifələr barəsində məlumat verib.
Sonra icra başçısı vətəndaşların müraciətlərini dinləyib. Müraciətlər kəndə gələn avtomobil yolunun cari təmir olunması, internetin keyfiyyətinin yaxşılaşdırılması, qaz xəttinin çəkilməsi və şəxsi məsələlər barəsində olub.
Əhəd Abıyev müraciətlərin həll edilməsinə dair müvafiq yerli qurumların rəhbərlərinə tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi də aidiyyəti üzrə çatdırılması üçün nəzarətə götürülüb.
Muşavaq kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini