DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ÇIRAQLI KƏNDİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİB
İyulun 14-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Çıraqlı kəndində keçirdiyi sakinlərin növbəti səyyar qəbulunda rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi və sakinlər iştirak ediblər.
İcra başçısı Əhəd Abıyev giriş nitqində Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Daşkəsənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilmiş layihələr, görülən işlər barədə ətraflı danışaraq bildirib ki, əhalinin rifahının daha da yaxşılaşdırılmasına yönəlmiş ardıcıl tədbirlər bundan sonra da yüksək səviyyədə davam etdiriləcəkdir. Əhəd Abıyev çıxışında onu da vurğulayıb ki, Prezident cənab İlham Əliyevin müdrik idarəçiliyi ilə güclü iqtisadiyyata, hərbi potensiala, siyasi-diplomatik imkanlara, müsbət beynəlxalq imicə malik olan Azərbaycan istənilən strateji hədəfi vaxtında və dəqiq yerinə yetirmək əzmindədir, qarşıda duran bütün məqsədləri reallaşdırmaq iqtidarındadır.
Sonra icra başçısı Əhəd Abıyev sakinlərin müraciətləri dinləyib, qaldırılan məsələlərin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib. Yerli icra strukturlarının fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Qəbulda iştirak edən Çıraqlı kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini