Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ASTAF KƏNDİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİB

25 may 2023 | 13:58

Mayın 25-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Astaf kəndində keçirilən növbəti səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

İcra başçısı Əhəd Abıyev çıxında deyib: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə aparılan dövlət siyasətinə xalqımızın böyük etimad və dəstək göstərir. Ötən illər ərzində dövlət rəhbərimizin həyata keçirdiyi qətiyyətli xarici və daxili siyasət Azərbaycanda sabitliyi, ictimai asayişi, dayanıqlı iqtisadi inkişafı təmin edərək ölkəmizi gündən-günə güclənən, dünyada söz sahibi olan dövlətlər sırasına çıxarmışdır. Pezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə uğurla icra edilən qlobal əhəmiyyətli neft-qaz və nəqliyyat layihələri regionda təhlükəsizliyin qarantı olmaqla yanaşı, bütün dünyanın diqqət mərkəzindədir”.    

İcra başçısı Əhəd Abıyev Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə yerlərdə keçirilən səyyar qəbulların başlıca məqsədinin vətəndaşları narahat edən problemlərin öyrənilməsi, həlli istiqamətində kompleks addımların atılması olduğunu qeyd edərək ötən dövrlərdə Astaf kəndində bir sıra mühüm işlərin görüldüyünü, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Xüsusilə bildirib ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun yenidən qurularaq müasir formada asfalt örtüklə çəkilməsi, habelə 2015-ci ildə Qabaqtəpə-Astaf yolunda inşa edilmiş yeni iki ədəd müasir böyük körpü  sakinlərin yol problemini həmişəlik aradan qaldırıb və insanlar rahatlığa qovuşub.

Sonra Əhəd Abıyev sakinlərin müraciətlərini dinləyib. İcra başçısı qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılması və həllinə dair aidiyyəti yerli qurumların rəhbərlərinə tapşırıqlar verib.

Qəbulda iştirak edən Astaf kənd sakinləri yerlərdə keçirilən səyyar qəbullarda müraciətlərə baxılması üçün yaradılan şəraitdən razılıq edərək hər zaman göstərdikləri diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Elmar Əliyev - Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər