Daşkəsəndə“Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda məktəblilər arasında inşa yazı müsabiqəsi keçirilib.
Oktyabrın 24-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayon Mədəniyyət Mərkəzinin, rayon üzrə Təhsil Sektorunun və rayon üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsi təşkil olunub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib.
Müsabiqə Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin və ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsi məqsədi daşıyıb.
21 məktəblinin iştirak etdiyi müsabiqədə şagirdlər 2 saat ərzində Ümummilli Lider Heydər Əliyevin həyatı və müstəqil Azərbaycan naminə dövlətçilik amalları barədə inşa yazıblar.
Münsiflər heyəti yazı üçün əhəmiyyət daşıyan bir sıra meyarları nəzərə alaraq qiymətləndirmə işləri apardıqdan sonra 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərini müəyyən ediblər.Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.