Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Xəyallar düşərgədirsə, yollar əngəl deyil” layihəsinin açılış mərasimi olub

13 oktyabr 2024 | 10:18

Oktyabrın 11-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan "Xəyallar düşərgədirsə, yollar əngəl deyil”  layihəsinin açılış mərasimi keçirilib.

Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov, YAP rayon təşkilatının sədri Meydanəli Yolçiyev, rayon Təhsil Sektorunun müdiri Vüsal Cəfərov, Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzinin direktoru Elşən Tağıyev, layihə rəhbəri, layihənin işçi qrupu, müəllimlər və şagirdlər iştirak ediblər.

Layihə rəhbəri Müşfiq Məmmədov layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihənin məqsədi sağlamlıq imkanları məhdud şagirdlərin cəmiyyətə inteqrasiyasını gücləndirmək, sosial inklüzivliyin artırılması, asudə vaxtın səmərəli təşkili və sağlam həyat tərzinin təbliğidir. Layihə çərçivəsində Daşkəsən rayonunda ümumi təhsilə cəlb edilmiş  sağlamlıq imkanları məhdud 30 nəfər şagird seçilərək onlarla 4 günlük düşərgə keçiriləcəkdir. Düşərgədə şagirdlər üçün interaktiv və əyləncəli oyunlar, inkişafetdirici təlimlər, sadə idman məşğələləri, ekskursiyalar və digər fəaliyyətlər təşkil olunacaqdır.  

Tədbirdə çıxış edənlər layihənin əhəmiyyətindən söz açıblar və layihənin gedişatına uğurlar arzulayıblar.

Keçidlər