Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Vətən müharibəsi şəhidlərinə, qazilərə və qəhrəman döyüşçülərə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib

03 avqust 2023 | 17:25

Avqustun 3-də daşkəsənli gənc yazar Etibar Həsənzadənin “Vətən uğrunda” kitabının təqdimat mərasimi keçirilmişdir. Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov, Daşkəsən Rayon Prokuroru Şahin İmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi Səbuhi Abdullayev, şəhid valideynləri, qazilər, veteranlar və digər ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Təqdimat mərasimində Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov çıxış edərək bildirmişdir ki, kitabda adları keçən, xatirələrə çevrilərək dastanlar yazan qəhrəman oğulların əziz ruhuna böyük ehtiramımızı bildirmək hər birimizin mənəvi borcudur.

V.Məmmədov qeyd etmişdir ki, kitabda Vətən müharibəsi döyüşlərində generaldan sıravi əsgərədək qəhrəmanlıq göstərib müqəddəs şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın, parlaq döyüş yolu keçmiş cəsur qazi və döyüşçülərimizin adları keçir. Hər biri bir insan taleyi, bir ömür yoludur. Amma çox şərəfli və müqəddəs bir yoldur.

Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında böyük şücaət göstərib işğal olunmuş torpaqlarımızı 44 gün ərzində düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı.

Bu Qələbə tarixdə əbədi qalacaq. Biz Qələbə Paradı keçirmiş bir xalqıq. Bu gün bizim Hərbi Qənimətlər Parkında məhv edilmiş düşmən texnikaları nümayiş olunur. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir.

Vətən müharibəsi günlərində xalqımız bir amal, bir məqsəd uğrunda Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşdi.

Erməni işğalçılarına qarşı döyüşmək üçün minlərlə gənc könüllü müraciət edərək cəbhəyə yollandılar. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verdilər. Bütün bunlar bir daha onu göstərdi ki, vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. 44 gün ərzində Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi.

Azərbaycan Respublikasının möhtərəm Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev hər zaman çıxış və müsahibələrində açıq mesajlar verirdi ki, sülh danışıqları heç bir nəticə verməsə, biz öz torpaqlarımızı nəyin bahasına olur-olsun işğaldan azad edəcəyik.

Biz bu möhtəşəm qələbəyə şəhidlərimizin canı və qanı bahasına nail olduq. Bu gün vətən uğrunda vuruşan, canından keçən, şücaət göstərən oğullarımız Ali Baş Komandanımız tərəfindən lazımi səviyyədə dəyərləndirilir: onlara fəxri adlar verilir, orden-medallarla təltif olunur, müavinətlər təyin edilir, xatirələri əbədiləşdirilir. Dövlət başçısının sərəncamı ilə yaradılmış "Yaşat" Fondu  tərəfindən qazi və şəhid ailələrinin problemlərinin həlli yolunda  böyük maddi dəstək göstərilir.

Bu gün qalib, güclü bir dövlətin vətəndaşı olmaq həqiqətən də qürurvericidir. İllərdir xəyallarını qurduğumuz an gerçəkləşib, otuz illik həsrət artıq sona çatıb, Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşub. Hər il bayramlarımızı Şuşada, Laçında və digər işğaldan azad olunmuş torpaqlarda qeyd etmək arzusu ilə yaşayırdıq. Bu möhtəşəm günləri bizlərə yaşadan şəhidlərimizə uca Allahdan rəhmət, qazilərimizə şəfa diləyir, qəhrəman əsgər və zabitlərimizə, Ali Baş Komandanımıza öz dərin minnətdarlığımızı bildiririk.

Eşq olsun Ulu öndər Heydər Əliyevin ideyalarını reallığa çevirən Müzəffər Ali Baş Komandan, qalib sərkərdə cənab İlham Əliyevə!

Eşq olsun Qalib Rəşadətli Azərbaycan Ordusuna!  Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Daha sonra çıxış edənlər gənc yazıçı və şairə yeni-yeni yaradıcılıq uğurları arzuladılar. Şəhid valideynləri, qazilər və veteranlar  göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.

Keçidlər