Daşkəsəndə Vətən müharibəsi şəhidləri Orxan Cəfərlinin və Rüstəm İsmayılovun doğum günləri qeyd edilib
Avqustun 29-da Daşkəsən rayon Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidləri gizir Cəfərli Orxan Etibar oğlunun və müddətdən artıq xidmət edən hərbi qulluqçu əsgər İsmayılov Rüstəm Üzeyir oğlunun doğum günləri münasibətilə tədbir keçirilib.
Şəhidlərin anım günündə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov, RİHBA-nın məsul əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, digər şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin məzarları ziyarət olunub, gül dəstələri düzülüb, quran oxunub.
Vüqar Məmmədov şəhidlərin ailələrinə rayon ictimaiyyəti adından bir daha dərin hüznlə başsağlığı verərək möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi zəfərdən, Azərbaycan Ordusunun qüdrətindən və şəhid Orxan Cəfərlinin və şəhid Rüstəm İsmayılovun şərəfli həyat və döyüş yollarından danışıb.
Digər çıxış edənlər də şəhidlərin haqqında xatirələrini bölüşüblər.
Şəhid valideynləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Sonda ehsan süfrəsi açılıb.