Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Vətən müharibəsi şəhidinin ad günü qeyd edildi

17 avqust 2023 | 18:34

17 avqust 2023-cü il tarixdə rayonun Xoşbulaq kəndi sakini, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Verdiyev Röyal Qabil oğlunun ad günü rayon Şəhidlər Xiyabanında şəhidin məzarı önündə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və rayon Ağsaqqallar şurasının sədrləri, şəhidin ailə üzvləri, şəhid valideynləri və rayon ictimaiyyəti nümayəndələri ilə birlikdə qeyd olundu.

Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb, quran oxunub. V.Məmmədov şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunmasını qeyd etmişdir.

Daha sonra o, Qalib Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış, rəşadətli ordumuzun və qəhrəman oğullarımızın şücaət göstərərək həyatları bahasına torpaqlarımızı erməni işğalçılarından azad etdiyini bildirmişdir.

Mərasimdə çıxış edənlər 29 yaşı tamam olan şəhid Röyal Verdiyevin keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirdilər.

Verdiyev Röyal Qabil oğlu döyüşlərə ehtiyatda olan əsgər kimi qatılıb və müharibə zamanı sürücü kimi hərbi xidmətini yerinə yetirib. Cəbrayıl, Qubadlı, Laçın rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. 29.11.2020-ci il tarixdə Laçın rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.      

Şəhid Röyal Verdiyevin ailə üzvləri və yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək buna görə Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sonra ehsan süfrəsi açılıb.

 

Keçidlər