DAŞKƏSƏNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İIIİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ BUKLET DƏRC EDİLİB
Mayın 26-da Daşkəsən Rayon İcra Hakimiyyətinin rayon Heydər Əliyev Mərkəzi ilə birgə “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi” sərlövhəsi altında hazırladıqları 300-dən çox buklet könüllülər tərəfindən Daşkəsən rayon əhalisi arasında paylanıb.
Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan və çoxşaxəli zəngin fəaliyyətindən bəhs edilən bukletdə Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıtması, ölkəmizin müstəqilliyini möhkəmləndirməsi, respublikamızda ictimai-siyasi sabitliyi təmin edərək davamlı iqtisadi inkişaf strategiyasının əsasını qoyması barədə ətraflı məlumat verilib, əlamətdar hadisələrə dair fotoşəkillər yer alıb.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini