DAŞKƏSƏNDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVƏ HƏSR OLUNAN GƏNCLƏR ARASINDA MİNİFUTBOL ÜZRƏ RAYON BİRİNCİLİYİ KEÇİRİLİB
Mayın 15-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin və rayon üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə start götürən minifutbol üzrə rayon birinciliyinin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində bildirilib ki, dahi şəxsiyyət Heydər Əliyev ölkəmizdə idmanın inkişafına böyük diqqət göstərib, hər zaman gənc nəslin sağlam tərbiyəsində idmanın və kütləvi bədən tərbiyəsinin roluna böyük önəm verib. O da vurğulanıb ki, dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini gələcək nəsillərə çatdırmaq, onun ideyalarını yaşatmaq hər birimizin borcudur.
Ümumilikdə 89 nəfərin iştirak etdiyi rayon turnirində 11 komanda mübarizə aparır. Mayın 17-dək davam edəcək yarışların sonunda qalib komandalar kubok, medal, diplom və qiymətli hədiyyələrlə təltif ediləcəkdir.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini